Altron

Altron
ing. Ultron
Yayım tarixi "The Avengers" #54 (iyul 1968) (adsız kameo)
"The Avengers" #55 (avqust 1968) (ilk adlı görünmə)
Yaradıcı(lar) Roy Tomas[d]
Xüsusiyyətlər
Doğum yeri Nyu-Cersi, ABŞ ABŞ
Cinsiyyəti kişi[d]
Komiks bioqrafiyası
Üzvlükləri Bədxahlıq ustaları, Ölümsaçan legion, Yinsen oğulları, Dəmir legion, Falanks, Dəmir Qisasçılar
Düşmənləri Henk Pim, Qisasçılar, Vijn, Dəmir adam
Ləqəbləri Qırmızı mantiya, Altron-5, Altron-6, Altron-7, Altron-8, Altron-9, Altron-10, Altron-11, Altron-12, Altron-13, Altron-14, Altron-15, Altron-16, Altron-17, Altron-18, Mükəmməl Altron, Altron Pim, Üstün Altron, Henk Pim
Gücləri dahilik səviyyəsində süni intellekt, qeyri-insani güc, sürət, dözümlülük, uçmaq, enerji topları

Altron (ing. Ultron) – Marvel Comics nəşriyyatı tərəfindən 1968-ci ildə yaradılmış komiks personajı. Roy TomasCon Bessema tərəfindən yaradılmış və ilk dəfə "The Avengers" komiksinin 54-cü sayında kameo kimi peyda olmuşdur. Altron Henk Pim tərəfindən yaxşı məqsədlər üçün yaradılmış, lakin daha sonra tərəf dəyişdirmiş süni intellektdir. Qisasçılar komandasının əzəli düşmənidir. Adamantium elementindən özünə bədən hazırlamış ilk Marvel Comics personajıdır.[1]

Altron 2015-ci il istehsalı "Qisasçılar: Altron dövrü" filmində Ceyms Speyder tərəfindən canlandırılmışdır.

Altron bir çox Qisasçılar animasiyasında və videooyununda peyda olmuşdur. IGN Altronu "Bütün dövrlərindən ən böyük komiks supercinayətkarları" siyahısında 23-cü yerdə göstərmişdir. "Wizard" jurnalı isə onu "Ən böyük 200 supercinayətkar" siyahısında 189-cu yerdə göstərmişdir.

  1. Walker, Karen. "Ultron: The Black Sheep of the Avengers Family". Back Issue!. TwoMorrows Publishing (38). February 2010: 23–30.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search