Antena

Bauman adına Moskva Dövlət Texniki Universitetinin radioteleskopunun antenası: güzgünün diametri - 7,5 m; işçi dalğa diapazonu - 1÷4 mm

Antena — elektromaqnit dalğalarının şüalandırılması və qəbulu üçün istifadə olunan radiotexniki qurğudur. Antena istənilən radioverici və radioqəbuledici qurğunun əsas tərkib hissələrindən biridir. Bu qurğuların işinin effektivliyi antena-fider sisteminin düzgün seçilməsindən və razılaşdırılmasından əhəmiyyətli dərəcədə asılı olur. Antena-fider sistemləri aviasiyada xüsusi əhəmiyyət kəsb edirlər. Belə ki, burada radiotexniki sistemlərə və vasitələrə spesifik tələblər qoyulur. Müasir hava limanları və gəmiləri tərkibində antena olan müxtəlif lokasiya, naviqasiyarabitə qurğuları ilə təmin olunur. Antenanın növü, onun konstruksiyası və parametrləri həlli tələb olunan məsələnin xarakterindən asılı olur. Burada rupor, dalğaötürən-yarıq, parabolik-güzgü və s. antenalardan geniş istifadə olunur. Bu qurğular ifratyüksək tezlikli (İYT) şüalanma mənbələri olub, bəzi hallarda insan orqanizmi üçün təhlükəlidirlər[1][2][3][4]. Hava limanları və gəmilərinin tərkibində olan radiotexniki sistemlərin istismarı ilə məşğul olan radiomühəndis aviasiyada istifadə olunan antena-fider sistemlərinin konstruksiyalarını, parametrlərini və xarakteristikalarını bilməli, istifadə olunan dalğaların yayılma mexanizmi haqqında dəqiq təsəvvürə malik olmalıdır.

  1. "Can RFID Be Harmful to the Human Body?". 2019-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.
  2. RADİASİYADAN MÜHAFİZƏ
  3. "High Frequency Radiation and Human Exposure" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-09-28.
  4. "Влияние СВЧ на организм человека". 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search