Art-rok

Art-rok
ing. Art Rock
İstiqamət Rok
Mənbəsi eksperimental rok  • avanqard musiqi • psixodelik rok  • folk-musiqi  • caz  • klassik musiqi
Yarandığı dövr 1960lar
Ölkə
Törəmə formalar krautrok • post-proqressiv • postpank
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Art-rok (ing. Art Rock) — 1960-cı illərdə Böyük Britaniyada yaranmış rok musiqi janrıdır. Art Rok roka avanqard yanaşmanı əks etdirən, modernist, eksperimental və qeyri-ənənəvi elementlərdən istifadə edən rok musiqisinin alt janrıdır. Bu janr rok musiqisini incəsənətlə əlaqələndirməyə çalışaraq musiqiyə daha eksperimental və konseptual baxış sərgiləyir. Klassik musiqi, avanqard musiqi, folk musiqi, psixodelik rok, caz kimi musiqi janrlarından təsirlənir.[1] Art-rok janrında musiqi rəqs etməkdən daha çox dinləmək və düşünmək niyəti ilə bəstələnir.[2] Janrın populyarlığı, əsasən, Britaniyalı sənətçilər vasitəsilə 1970-ci illərin əvvəllərində idi. Musiqi və bu musiqi ilə uyğunlaşmış tamaşalar öz teatral xarakteri və lirik mürəkkəbliyi ilə bədii təmayüllü gəncləri və incəsənət sevərləri cəlb edə bilirdi. Art rok 1966–1967-ci illərdə başlayan və 1970-ci illərin ortalarında pank rokun yaranması ilə bitən müəyyən rok musiqi dövrü ilə əlaqələndirilir. Daha sonralar isə art-rok 1970–90-cı illərdə populyar olan musiqi janrları ilə birləşərək təkamülünü və varlığını davam etdirir.

  1. "Pop/Rock " Art-Rock/Experimental " Prog-Rock" Arxivləşdirilib 2020-04-01 at the Wayback Machine.AllMusic
  2. "Art Rock" Arxivləşdirilib 2015-05-04 at the Wayback Machine.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search