Avtokefal

Avtokefal (yun. αὐτοκεφαλία "özünə başçılıq etmək"; αὐτός "özü" + κεφαλή "baş" sözlərindən) — digər yerli kilsələrdən inzibati müstəqilliyi nəzərdə tutan yerli kilsə statusu. Avtokefal kilsəyə patriarx, arxiyepiskop və ya mitropolit tituluna (sanına) malik yepiskop rəhbərlik edir.[1]

Bu termin pravoslavqədim şərqi kilsələrinə münasibətdə istifadə olunur. İlk avtokefal kilsələr Bizans imperiyası vilayətlərində patriarxatlarmitropoliyaların ayrılma prosesi zamanı meydana gəldi.

Avtokefal statusu kilsə muxtariyyəti ilə qarışdırılmamalıdır.

Qədim dövrlərdə avtokefal birbaşa patriarxa tabe olan və yerli mitropolitdən asılı olmayan arxiyepiskopluğa deyilirdi.

  1. Dr. Lewis J. Patsavos, Ph.D. Unity and Autocephaly: Mutually Exclusive? Arxivləşdirilib 2019-01-09 at the Wayback Machine

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search