Avtoportret — insanın özünün portreti. Bu, adətən şəkilli təsvirə aid edilir, lakin avtoportretlər də heykəltəraşlıq, ədəbi, fotoqrafik, kinematoqrafik və s. ola bilər.
Bir çox portret rəssamları avtoportretlər yaratmışdılar. Bəzən rəssamlar öz obrazlarını qrup portretlərində yerləşdirirmişdilər. Bəzi rəssamların əks cinsin personajlarının portretlərini özlərindən çəkdiyi güman edilir. Nevroloji xəstəliklərdən əziyyət çəkən bəzi rəssamlar öz avtoportretlərini geridə qoymuşdular. Bu şəkillər həkimlərə beyin pozuntularını təhlil etməyə imkan vermişdir. Onların bir çoxu nevrologiya dərsliklərində möhkəm yer tutmuşdur.
© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search