D.B.Kuper

Den Kuper
ing. D. B. Cooper
FTB tərəfindən paylaşılan fotorobot.
FTB tərəfindən paylaşılan fotorobot.
Doğum tarixi güm. 27 aprel 1933(1933-04-27)
Vəfat tarixi 24 noyabr 1971(1971-11-24) (38 yaşında)
Fəaliyyəti 1971-ci ilin 24 noyabr tarixində Portlend - Sietl reysi üzrə hərəkət edən Boinq 727 tipli təyyarənin qaçırılması.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

D. B Kuper (ing. D. B. Cooper; güm. 27 aprel 193324 noyabr 1971) — Amerika kütləvi mədəniyyətinə təsir etmiş şəxslərdən biri. D. B Kuper 1972-ci ildə PortlendSietl daxili təyyarə reysini qaçıraraq 200.000 $ (günümüzdə — 1,160,000 $) dollar və iki dəst paraşut istəməklə bir təyyarə soyğunu gercəkləşdirmişdir. Kuper qaçırdığı təyyarədən tələb etdiyi pullarla birlikdə tullanmışdır. Federal Təhqiqat Bürosu tərəfindən aparılan uzun axtarışlara baxmayaraq bu gün belə D. B Kuperin izinə rast gəlinməmişdir. Yaşanmış təyyarə soyğunu Amerika aviasiya tarixnin qatı açılmamış tək hadisəsi hesab olunur.

Şübhəli təyyarə bileti alan zaman özünü Den Kuper kimi təqdim etsədə, ABŞ kütləvi informasiya vasitələrindən biri şəxsi D. B Kuper formasında təqdim etmiş və elə həmin tarixdən etibarən Den Kuper daha çox D. B Kuper qısaltması ilə tanınmışdır. Şahidələrin ifadələrinə əsasən hazırlanan fotorobot rəsm əsasında şəkil ilə bənzərliyi olan və Kuper soyadını daşıyan yüzlərlə ABŞ vətəndaşı dindirilsədə bu gün belə D. B Kuperin əsil şəxsiyyəti barədə heç bir məlumat yoxdur. Federal Təhqiqat Bürosu əməkdaşlarının əsas ehtimallardan biri Kuperin təyyarədən tullandığı zaman həlak olması ilə bağlıdır.

Bununla belə şəxsin düşdüyü ehtimal olunan ərazidə aparılan dərin araşdırmalarda Kuperin həlak olduğunu sübut edən dəlillərə rast gəlinməmişdir. Doqquz ildən sonra, 1980-ci ildə səkkiş yaşlı Brayan İnqrem valideynləri ilə Kolumbiya çayının sahillərində istirahət edərkən köhnə üç ədəd pul bağlaması tapmışdır. Bağlamaların ikisində 100 ədəd, üçüncüsündə isə cəmi 90 ədəd 20 dollarlıq əskinaslar olub. Ekspertiza bağlamada tapılan pulların Kuperə verilən pullarla eyni olduğunu təsdiqləyib. Hadisədən doqquz il sonra edilən bu tapıntı Kuperin sağ olması ehtimalını yenidən gündəmə gətirmişdir. Hadisədən 46 il keçməsinə baxmayaraq bu gün belə D. B Kuper olayı açıq qalmaqdadır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search