Yerin geoloji tarixinin bir hissəsi | |
Ediakar | |
---|---|
![]() | |
Geoxronoloji məlumatlar | |
Eon | Proterozoy |
Era | Neoproterozoy |
İqlim | |
Oksigen səviyyəsi | 11 % |
Orta temperatur | 15 °C |
Ediakar, Neoproterozoy erasının sonuncu dövrüdür. Proterozoy eonun sonunu və Fanerozoy eonunun başlanğıcını qeyd edir. Cənubi Avstraliyadakı Ediakar təpələrinin adını daşıyır. 635 milyon il əvvəl Kriogen dövrünün bitməsi ilə başlamış, 541 milyon il əvvəl Kembrinin başlaması ilə bitmişdir.
Ediakar Dövrünün rəsmi bir geoloji dövr olaraq statusu 2004-cü ildə Beynəlxalq Geologiya Elmləri Birliyi (IUGS) tərəfindən təsdiqlənərək son 120 ildə elan edilmiş ilk yeni geoloji dövr olmuşdur.[1][2][3] Dövr adını geoloq Reg Spriggin 1946-cı ildə ilk dəfə Ediakar faunası fosillərini kəşf etdiyi Ediakar təpələrinin adından götürsə də,[4] növ bölmə Cənubi Avstraliyanın Flinders silsiləsindəki Enorama dərəsinin yatağından öyrənilmişdir.[5][6]
© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search