HDMI

Rəsmi loqotip

High Definition Multimedia Interface (HDMI) — yüksək dəqiqlikli multimedialar üçün interfeys. Yüksək ayırdetmə dəqiqliyi ilə rəqəmsal video-məlumatların və çoxkanallı rəqəmsal audiosiqnalların nüsxələnmə müdafiəsi (ing. High Bandwidth Digital Copy Protection, High-bandwidth Digital Content Protection) ilə qəbulunu təmin edir.

HDMI konnektoru uyğun olan kabellərin köməyi ilə bir neçə qurğunun rəqəmsal DVI-birləşməsini təmin edir. HDMI ilə DVI-in arasındakı əsas fərq ondan ibarətdir ki, HDMI konnektoru daha az ölçülü və çoxkanallı rəqəmsal audiosiqnal ötürülməsini dəstəkləyir. Qoşulmanın analoq standartları (SCART və ya RCA) ilə əvəzetməsidir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search