Kiberokratiya — futurologiyada informasiyanın səmərəli istifadəsi ilə idarə olunan hipotetik idarəetmə forması. Kiberokratiyanın dəqiq təbiəti əsasən spekulyativdir, çünki hazırda kiberokratik hökumətlər mövcud deyil, lakin bir çox inkişaf etmiş ölkələrdə kiberokratik elementlərin sayı getdikcə artır. Kiberokratiya nəzəriyyəsi əsasən bu nəzəriyyə ilə bağlı bir neçə məqalə dərc etmiş David Ronfeldtin işidir.[1][2][3] Bəzi mənbələr kiberokratiyanı alqoritmik idarəetmə ilə eyniləşdirir, baxmayaraq ki, alqoritmlər informasiyanın işlənməsinin yeganə vasitəsi deyil.[4][5]