Korduena

Korduena krallığının xəritəsi. Təx. e.ə. 60-cı il.

Korduena və ya Qorduena (kürd. Kardox; türk. Karduya; erm. Կորճայք, translit. Korçayk; yun. Κορδυηνή translit. Kordyini; ivr.קרטיגיני‏‎ translit. Kartigini)[1]Orta Şərqdə, Yuxarı Mesopatamiyada, Türkiyə ilə Suriya sərhədləri arasında qədim tarixi region.

1911-ci il Britannika Ensiklopediyasına görə, Korduena Bohtan regionunun (indiki Şırnak ili) qədim adıdır.[2] Region süryani mənbələrində Bet Kardu adlanır və Ermənistan ilə İran arasında, Van gölünün cənubundakı dağlıq ərazidə yerləşən kiçik bir vassal dövləti olduğu qeyd edilir. Korduena krallığının Dəclə çayının qərb sahillərində də torpaqları var idi.

Krallığın yerli əhalisi karduxi olmuşdur.[2][3] Korduena krallığının əsası Selevkilər imperiyasının süqutundan sonra qoyulmuşdur.[4] Korduena krallığı e.ə. 66-cı ildə Roma Respublikasının vassalına çevrildi[5] və romalılar ilə b.e. 384-cü ilinə müttəfiq qaldı.[6] Karduçilər hürri göy tanrısı olan Teşuba sitayiş edirdilər.[7]

  1. Efraim Elimelech Urbach, I. Abrahams, The Sages, 1089 pp., Magnes Press, 1979, ISBN 965-223-319-6, p.552
  2. 1 2 Wikisource Kisholm, Hyu, redaktorPersia // Britannika Ensiklopediyası. 21 (XI). Cambridge University Press. 1911. 211–216.
  3. "Dictionary of Greek and Roman Geography (1854), CA´BALEIS, CARAMBIS, CARDU´CHI". www.perseus.tufts.edu. 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-03.
  4. Kurds // The Columbia Encyclopedia (ingilis) (Sixth Edition). Columbia University Press. 2001–07. 2006-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-07.
  5. Mommsen, Teodor. History of Rome – The Establishment of the Military Monarchy (ingilis). Modern Library. səh. 24. ISBN 0394604024. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-07.
  6. Gibbon, Edvard. The History of the Decline and Fall of The Roman Empire (ingilis). Archived from the original on 2000-01-22. İstifadə tarixi: 2019-08-07.
  7. A. Toffteen, Olaf. Notes on Assyrian and Babylonian Geography // The American Journal of Semitic Languages and Literatures (ingilis). The University of Chicago Press. 1907. səh. 323–357. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-07.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search