Koryo-saram

Koyro-saram
kor. 고려사람
rus. Корё сарам
Ümumi sayı
500.000
Yaşadığı ərazilər
Özbəkistan Özbəkistan 174.200 [1]
Rusiya Rusiya 153.156 [2]
Qazaxıstan Qazaxıstan 102.804 [3]
Qırğızıstan Qırğızıstan 17.094 [4]
Ukrayna Ukrayna 12.711 [5]
Türkmənistan Türkmənistan 2.500 [6]
Tacikistan Tacikistan 634 [7]
Belarus Belarus 400 [8]
Estoniya Estoniya 208 [9]
Dili

Rusca, Koryo-mar

Dini

Şərqi Ortodoks Kilsəsi, Protestantlıq, Buddizm, Roma-Katolik kilsəsiİslam [10]

Daxildir
Koreyalılar
Əhatə edir
Keçmiş Sovet Sosialist Respublikaları İttifaqının torpaqları və həmin ərazilərə qonşu bölgələr


Koyro-saram (kor. 고려사람; rus. Корё сарам) - Əsas hissəsi Rusiya Federasiyasının Uzaq Şərq federal dairəsində yaşayan etnik koreyalı toplum. Koyro-saramlar tarixən keçmiş Sovet Sosialist Respublikaları İttifaqının müxtəlif müttəfiq dövlətlərində yaşamışdılar.

1937-ci ildə SSRİ-nin uzaq şərq regionunda yaşayan etnik koreyalı əhali Orta Asiyaya köçmək məcburiyyətində qalıblar. Bir sıra koyro-saram mənsubiyyətində olan şəxslər Koreyanın azadlığı üçün mübarizə aparmış və həmin dövrdə Yaponiyanın hakimiyyəti altında olan vətənlərini azadlıq mübarizəsinə qoşulub. Bu şəxslərə misal olaraq Honq Beom-donu və ya Çonq Sanq-Çini misal göstərmək olar.

1937-ci ildən etibarən koyro-saramlar Sibir, Özbəkistan, Ukrayna, Özbəkistan, Tacikistan, EstoniyaBelarus kimi keçmiş SSRİ ərazilərinə səpələniblər. Təxminən 500.000 etnik koreyalı hal-hazırda keçmiş Sovet Sosialist Respublikaları İttifaqı ərazisində yaşamaqdadır. Rusiya Federasiyasının cənubunda (Volqoqrad ətrafında) Uzaq Şərq federal dairəsində (Vladivostok ətrafında) QafqazdaUkraynanın cənubunda böyük etnik koreya icmaları hələ də mövcuddur.

Hal-hazırda koyro-saramlar arasında koreya dilində danışan şəxslərin sayı sürətlə azalmaqdadır. Orta və gənc nəslin çox kiçik bir hissəsi öz ana dillərini bilirlər. Dil baxımından assimilyasiya prosesi sürətlə getsə də, Koreya mədəniyyətinin bəzi elementlərini, o cümlədən Koreya adlarını qoruyub saxlamışlar. Koryo-saram mətbəxi bütün keçmiş Sovet Sosialist Respublikaları İttifaqı ərazisində populyarlaşmış, morkovka yeməyi indi də yerli ərzaq mağazalarında geniş şəkildə satılmaqdadır.

Koryo-saramların əhəmiyyətli bir hissəsi iqtisadi və ya mədəni səbəblərə görə ya müvəqqəti, ya da daimi olaraq Cənubi Koreyaya köçüb. Rusiya–Ukrayna müharibəsi, xüsusilə 2022-ci ilin qışında başlamış Rusiyanın Ukraynanı işğalı Ukraynada məskunlaşmış bir necə min etnik koreyalını təhlükəsizlik baxımından Cənubi Koreyaya köçməyə sövq etmişdir.[11][12]

Saxalin adasında adətən Saxalin koreyalıları olaraq adlandırılan ayrıca etnik Koreya icması da var. Bəziləri özünü Koryo-saram mənsubiyyətində olduğunu qəbul etsə də, əksəriyyəti bununla razılaşmır və ayrı icma olduqlarını ifadə edirlər.

  1. "Опубликованы данные об этническом составе населения Узбекистана". 20 August 2021. 23 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 May 2024.
  2. "Всероссийская перепись населения 2010. Национальный состав населения РФ 2010". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  3. "Republic of Kazakhstan population by ethnic origin in 2020". Statistics Committee of Ministry of National Economy of Republic of Kazakhstan.
  4. "Total population by nationality - Open Data - Statistics of the Kyrgyz Republic". www.stat.kg. 2017-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  5. "сеукраїнський перепис населення 2001 - Результати - Національний склад населення, мовні ознаки, громадянство - Розподіл населення за національністю та рідною мовою - корейці". www.2001.ukrcensus.gov.ua. 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  6. "今話題のニュース配信サービス". 2016-06-24 tarixində arxivləşdirilib.
  7. "Archived copy" (PDF). stat.tj. 16 January 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 30 June 2022.
  8. "НАЦИОНАЛЬНЫЙ СТАТИСТИЧЕСКИЙ КОМИТЕТ РЕСПУБЛИКИ БЕЛАРУСЬ" (PDF) (rus). səh. 32. 2021-02-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-02.
  9. "POPULATION, 31 DECEMBER 2021 by Year, Ethnic nationality, Place of residence and Sex". 11 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 May 2024.
  10. Schlyter, 2004, Footnote 10
  11. "Ukrainian Refugees of Korean Descent Seek Fresh Start in South Korea". Asia Pacific Foundation of Canada (ingilis). March 28, 2023. 2023-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-08.
  12. Rinna, Anthony. "A Land They Never Knew: Ethnic Koreans From Ukraine Seeking Help in the ROK". Sino-NK (ingilis). 2022-08-17. 2023-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-08.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search