LibraryThing

LibraryThing
Loqonun şəkli
URL librarything.com
Tipi Sistemli kataloq
Açılma tarixi 29 avqust 2005
Alexa reytinqi
  • 20.562 (29 noyabr 2017)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

LibraryThing — kitab kataloqlarını və müxtəlif növ kitab metaməlumatlarını saxlamaq və paylaşmaq üçün sosial kataloqlaşdırma veb tətbiqi. Bu, müəlliflər, fiziki şəxslər, kitabxanalar və nəşriyyatlar tərəfindən istifadə olunur.

Men ştatının Portlend şəhərində yerləşir.[2] "LibraryThing" Tim Spaldinq tərəfindən hazırlanmış və 29 avqust 2005-ci ildə fəaliyyətə başlamışdır. O, "freemium" abunəçi biznes modelinə əsaslanır. Spaldinq bununla bağlı bildirmişdir: "Reklamçılara satdığımız "auditoriya" yox, müştərilərin olması vacib idi". Onlar bunun əvəzinə akademik kitabxanalar üçün bir sıra məhsullar hazırlamağa diqqət yetirmişdilər. COVID-19 pandemiyasının yaratdığı kataloqlaşdırma imkanları və maliyyə çətinliklərindən ilhamlanan xidmət 8 mart 2020-ci ildə "hamı üçün ödənişsiz" olmuşdur. Eyni zamanda sayt, qeydiyyatdan keçmiş istifadəçilərdə heç vaxt reklamdan istifadə etməyəcəyinə dair vədinə sadiq qalmışdır.[3] 2021-ci ilin fevral ayına olan məlumata görə, onun 2,600,000 istifadəçisi var. Burada "Amazon"dan və "Z39.50" kataloqlaşdırma protokolundan istifadə edən minlərlə kitabxanadan məlumatları götürərək kataloqlanmış 155 milyondan çox kitab var.[4]

  1. Alexa Internet (ing.). 1996.
  2. "LibraryThing – Send us money". 2018-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
  3. "LibraryThing Is Now Free to All « The LibraryThing Blog". blog.librarything.com. 2022-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-30.
  4. "Zeitgeist Overview". LibraryThing. 2011-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-08.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search