Krallıq | |
Manna | |
---|---|
|
|
|
|
Paytaxt | İzirtu |
Rəsmi dilləri | manna dili |
Dövlət dini | politeizm |
Davamiyyət | |
→ | |
Vikianbarda əlaqəli mediafayllar |
Manna (akkad. Mannai), Minni (ivr. מנּי)[1] və ya Manas[2] — e.ə. IX əsr–e.ə. VI əsrlərdə tarixi Azərbaycan ərazisində,[3][4][5][6][7][8][9][10] indiki Cənubi Azərbaycanın şimal-qərbindəki Urmiya gölünün sahilində[11][12][13][14] qədim dövlət. Manna yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət hesab edilir.[15] Paytaxtı İzirtu[16] şəhəridir. Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.[17] Manna dövləti e.ə. 615–613-cü illər arasında Midiyaya birləşdirilmişdir.
© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search