Pietas

Qədim Roma aureusu üzərində pietas təsviri.

PietasQədim Romada əxlaqın əsaslarından biri. Bu, Roma dinində tanrılara, ölkəyə və qohumlara, xüsusən də valideynlərə hörmət və onlara sadiq bağlılığın personafikasiyası olmuşdur.[1] Romada e.ə. 189-cu ildə tikilmiş və pietasa həsr olunmuş məbəd var idi. Pietas tez-tez sikkələrdə xurma budağı və əsa daşıyan qadın fiquru kimi və ya qurbangahın üzərinə buxur tökən matrona kimi təsvir olunurdu.[2]

  1. Kraggerud, Egil. pietas // Store norske leksikon (norveç). 2020. 2022-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-23.
  2. Pietas // Encyclopedia Britannica (ingilis). 2010. 2018-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-23.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search