Piramida

Piramida (yunanca πυραμίς pyramis) və ya ehram — təqribən həndəsi piramida ilə oxşar quruluşa malik, yerüstü səthi üçtərəfli olub və tərəfləri təpədə bir nöqtədə birləşən üçbucaq formalı tikilidir. Ehramın bünövrəsi üçbucaq, dördbucaq və ya istənilən digər çoxbucaqlı formasında ola bilər. Belə ki, ehramın ən azı 3 yerüstü üçbucaq səthi (bünövrə ilə birlikdə isə ən azı 4 üzü) var. Dördbucaq bünövrəyə və 4 üçbucaq yerüstü səthə malik ehram forması piramidanın bizə məlum olan ən məşhur variantıdır.

Dəşurdakı Qırmızı ehram

Ehramların inşasında zəminə daha yaxın olan hissədə əsas kütlənin cəmlənməsi və üst hissədə piramidaının yerləşməsi onu göstərir ki, ehram üzərində nə qədər az material olarsa yuxarıdan olan təzyiq də o qədər çox olacaqdır. Materialın kütləsinin bu formada bölüşdürülməsi erkən sivilizasiyalara davamlı sanballı tikililər inşa etmək üçün əlverişli şərait yaratmışdır. Dünyanın bir çox hissələrindən olan sivilizasiyalar ehramların inşası ilə məşğul olmuşlar. Min illər boyu yer üzərində ən böyük tikililər ehramlar olmuşdur. Bunlara Misirdə Dəşur nekropolundakı Qırmızı Ehram və Dünyanın 7 qədim möcüzəsindən biri olan Böyük Küfü ehramını nümunə göstərmək olar. Küfü ehramının inşasında əsasən sal qayadan (bəzi daxili hissələrində geniş qırmızı qranit daşlardan) istifadə olunub və bu tikili gözəl memarlıq nümunəsi hesab olunur. Tikilidə təxminən hər birinin çəkisi 2,5–15 ton olan 1 300 000 iri daş parçalarından istifadə olunub və tərəfləri təqribən 230 m olan 13 məzarlığı əhatə edən dördbucaq bünövrə üzərində inşa edilmişdir. Ehramın hər 4 tərəfi 4 əsas uc nöqtəsindən keçir və hər tərəf 52 dərəcəli bucağa bərabərdir. Orijinal ehramın hündürlüyü 146,5 m olmuşdur. Müasir dövrümüzdə isə, ehram 137 m hündürlükdədir və çatışmayan 9 m Qahirədəki tikili üçün "oğurlanan" daş parçalarını örtən və üzlüyün əsasını təşkil edən yüksək keyfiyyətli ağ Tura qayasıdır. Buna baxmayaraq bu ehram hələ dən ən hündür ehram olaraq qalır. Həcminə görə ən böyük ehram isə Meksikanın Puebla ştatında yerləşən Böyük Çolula ehramıdır.

Çolula ehramı

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search