Qolodomor (ukr.Голодомо́р[1], ukrayn dilindən tərcümədə "aclıq" və "öldürmək" sözlərindən əmələ gəlmişdir.[2]) – 1932–1933-cü illərdə dönəmin Sovet Ukraynasında indiki, Ukrayna və Rusyanın Kuban əyalətində süni olaraq törədilən qıtlıq səbəbilə 8 milyondan çox insanın öldüyü soyqırım aktı.[3] Tarixşünaslıqda bu hadisə Qıtlıq-soyqırımı, Böyük qıtlıq və ya Ukrayna soyqırımı adları ilə də tanınan 1932–1933-cü il hadisələri ölkənin başlıca taxıl ehtiyatlarına da təsir edən qıtlığın bir hissəsi idi.[4][5] Bu zaman əksəriyyəti etnik cəhətdən ukraynalı olan ölkənin böyük bir nüfusu aclıqdan ölmüşdür. 2006-cı ildən Qolodomor Ukrayna və başqa 15 dövlət tərəfindən Sovet hökumətinin ukrayn xalqına qarşı törətdiyi soyqırım hadisəsi olaraq tanınmaqdadır. Soyqırım zamanı nə qədər insanın öldüyü haqqında fikirlər müxtəlifdir.[6] Bəzi qaynaqlara görə 12 milyon etnik ukraynalının həyatını itirdiyi haqqında məlumatlar mövcuddur.[7] Lakin 2003-cü ildə BMT tərəfindən qəbul edilmiş və 25 ölkənin imzaladığı qətnamədə ölü sayısı 7–10 milyon aralığında göstərilmişdir. 2010-cu ildə Kiyev Apelyasiya Məhkəməsinin qərarına əsasən isə aclıqdan qaynaqlanan demoqrafik itki 10 milyona yaxın idi.[3][8][8][9][10]
Bəzi tarixçilərin fikirlərinə görə qıtlıq Stalin tərəfindən Ukraynada müstəqillik hərakatına son qoymaq məqsədilə həyata keçirilmişdi, lakin hərəkatın ən qaynar nöqtəsi sayılan Ukraynanın qərbi Polşanın tərkibində olduğu üçün soyqırıma məruz qalmamışdı. Soyqırımın əsas səbəbləri günümüzdə də tarixçilər arasında müzakirə mövzusu olaraq qalmaqdadır.[11][12][13][14][15]
↑Jones, Adam. Genocide: A Comprehensive Introduction. Taylor & Francis. 2010. səh. 194. ISBN978-0-415-48618-7.
↑Graziosi, Andrea. LES FAMINES SOVIÉTIQUES DE 1931–1933 ET LE HOLODOMOR UKRAINIEN. Cahier du Monde Russe. 2005. səh. 464.