Vandalizm

455-ci ildə Romanı qarət edən Vandallar

Vandalizm — bilərəkdən və kor-təbii şəkildə maddi və mədəni dəyərlərin, abidələrin məhv edilməsi. Bu addımı atanları bir qayda olaraq "vandal" adlandırırlar.

Termin ilk dəfə Fransa inqilabı zamanı Respublika Ordusunun davranışını xarakterizə edən din xadimi, keşiş Anri Qrequar tərəfindən işlədilmişdir. O, ordunun davranışlarını, 455-ci ildə Romanı yağmalayan Cermen soyundan gələn, Slav mənşəli Vandallara bənzətmişdir.

Vandalizm, antisosial şəxsiyyət pozğunluğu olaraq təyin olunmuşdur. Kişilərdə daha sıx müşahidə olunmaqdadır. Qadınlarda daha az rast gəlinməsinə rəğmən, antisosial şəxsiyyət pozğunluğu olan gənc anaların ərlərinə və uşaqlarına qarşı şiddət ehtiva edən davranışlarda olduğu bildirilmişdir. Xüsusilə sosial-iqtisadi səviyyəsi aşağı məktəb çağındakı gənclərdə sıx rast gəlinməkdədir. 16 ayrı liseydən 7340 şagird arasında aparılan bir tədqiqatda şagirdlərin 5 faizində vandalist davranışların müşahidə edildiyi bildirilməkdədir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search