XXXTentacion

XXXTentacion
Ümumi məlumatlar
Doğum adı Jahseh Dwayne Ricardo Onfroy
Ləqəbləri XXXTentacion, XXX, Triple X, Young Dagger Dick[2], X
Doğum tarixi 23 yanvar 1998(1998-01-23)[1]
Doğum yeri
Vəfat tarixi 18 iyun 2018(2018-06-18)[1] (20 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d][1]
Dəfn yeri
Vətəndaşlığı
Uşağı
  • Gekyume Onfroy[d]
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, müğənni, mahnı yazarı[d]
Fəaliyyət illəri 2013–2018
Janrlar hip-hop[d], lou-fay, nyu-metal, trep, pank rok, pank rep[d], Rep-metal, alternativ rok, müasir R&B[d], hardkor hip-hop[d], horrorkor[d], indi-rok, rok
Musiqi alətləri gitara, piano, baraban
Albom şirkətləri Bad Vibes Forever[d], Empire Distribution[d], Capitol Music Group[d], Columbia Records
Təhsili
Mükafatları Diamond Play Button
İmzanın şəkli
xxxtentacion.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XXXTentacion (əsl adı: Casey Dueyn Rikardo Onfroy; 23 yanvar 1998[1], Planteyşen, Brauard dairəsi, Florida, ABŞ[1]18 iyun 2018[1], Dirfild-Biç, Brauard dairəsi, Florida, ABŞ[1]) — amerikalı repçi, müğənni-mahnı yazarı.[4] Qısa karyerasına baxmayaraq, musiqisevərlər arasında olduqca populyar və sevilən bir repçi olmuşdur. O, depressiv və qəmgin mahnıları ilə dinləyicilərin qəlbinə toxunmağı bacarmışdı. X 2015–2018-ci illərdə emo rep və SoundCloud rep janrlarının populyarlaşdırılmasında mühüm rol oynamışdır.[5]

Florida ştatının Planteyşen şəhərində doğulan repçi, uşaqlığının əksər hissəsini ştatın digər şəhəri olan Loderhilldə böyüyərək keçirmişdir. O, mahnı yazmağa yetkinlik yaşına çatmayanlar üçün cəzaçəkmə müəssisəndən azadlığa buraxılandan sonra başlamışdı. Karyerasını 2013-cü ildə, emoqranj musiqisindən ilhamlanaraq yazdığı bənzərsiz mahnıları SoundCloud-a yerləşdirərək qurmuşdu. X 2014-cü ildə bir neçə başqa sənətçi ilə birlikdə "Members Only" adlı underground musiqi kollektivini yaratmışdı. O, və kollektivi SoundCloud rep dünyasında böyük uğur qazanmışdır. Repçiyə şöhrət gətirən 2017-ci ildə buraxdığı "Look at Me" adlı sinqlı olmuşdur. Repçi elə həmin il debüt albomu olan "17"-ni təqdim etmişdir. Bu albom ABŞ-də üçqat platin sertifikatına layiq görülmüş və Billboard 200-də ikinci yerə çıxmışdır. Onun 2018-ci ildə buraxdığı ikinci albomu "?" əvvəlkindən daha da uğurlu olmuşdur. Albomun ilk sinqlı olan "Sad!" Billboard Hot 100-ə başçılıq edirdi. Bu sinql üstəlik YouTube-da 1,2 milyard baxış, eləcə də Spotify-da 2 milyarda yaxın yayım toplayıb.

X həyatı boyu bir neçə dəfə hüquqi problemlərlə üzləşib. O, 2016-cı ildə sevgilisinə şiddət göstərməkdə ittiham olunub.[6][7] Repçi 18 iyun 2018-ci ildə 20 yaşında olarkən Florida ştatının Dirfild-Biç şəhərində motosiklet mağazasından çıxarkən güllələnərək qətlə yetirilmişdir. Repçini öldürən şəxslər içərisində 50 min dollar olan Louis Vuitton markalı çantanı oğurladıqdan sonra avtomobilə minərək hadisə yerindən uzaqlaşmışdılar. Cinayətkarların dördü sonradan saxlanmış, üçü ömürlük həbs cəzası almışdır.[8][9][10][11]

  1. 1 2 3 4 5 6 7 8 9 https://www.nytimes.com/2018/06/18/arts/music/xxxtentacion-dead.html.
  2. https://www.youtube.com/watch?v=qZkEdPAqOEM.
  3. https://theblast.com/xxxtentacion-private-funeral-featured-police-protection/.
  4. "ATL Jacob believes XXXTentacion "would've been one of the greats"". 2023-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
  5. "Juice WRLD, Lil Peep and XXXTentacion are symbols of a scene that trades off tragedy". December 13, 2019. December 29, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 9, 2024.
  6. "XXXTentacion's domestic abuse trial delayed". The Guardian. September 29, 2017. ISSN 0261-3077. October 11, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 11, 2017.
  7. "XXXTentacion's Reported Victim Details Grim Pattern of Abuse in Testimony | Pitchfork". pitchfork.com. September 8, 2017. September 9, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2017.
  8. "XXXTentacion Murder Suspect Seeks Bond to Get Out of Jail". Digital Music News. September 19, 2019. June 2, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 11, 2020.
  9. Coscarelli, Joe. "Three Convicted in 2018 Murder of Rapper XXXTentacion". The New York Times (ingilis). March 20, 2023. ISSN 0362-4331. March 20, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 20, 2023.
  10. "XXXTentacion: three men found guilty of murdering rapper". The Guardian (ingilis). March 20, 2023. ISSN 0261-3077. March 20, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 20, 2023.
  11. "Jury convicts 3 of murder in death of rapper XXXTentacion". KTLA (ingilis). March 20, 2023. March 21, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 20, 2023.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search