1G

1Gmobil şəbəkə (simsiz) texnologiyasının birinci nəslinin mobil rabitə standartı. Bu, 1980-ci illərdə tətbiq edilmiş və 2G ilə əvəz edilmiş mobil telekommunikasiya standartıdır. Bu iki mobil şəbəkə və mobil nəsil arasındakı əsas fərq ondan ibarətdir ki, 1G audio ötürmə şəbəkəsi analoq, 2G isə tamamilə rəqəmsaldır.

Müxtəlif ölkələrdə bir çox fərqli 1G mobil standartları hazırlanmış və istifadə edilmişdir. Amma dünya miqyasında ən geniş qəbul edilən standartlar Qabaqcıl Mobil Rabitə Sistemləri (ing. Advanced Mobile Phone System) və Nordik Mobil Telefon (ing. Nordic Mobile Telephone) sistemləri olub.[1] Rəqəmsal texnologiyanın analoqdan üstün olması 2G-nin tamamilə əvəz edilməsilə yekunlaşdı. İnkişaf etmiş ölkələrdə 2000-ci illərdə bir çox 1G şəbəkələri söndürüldü. Amma bəzi yerlərdə şəbəkələrin 2010-cu illərin sonlarına qədər fəaliyyəti davam etdirildi.

  1. Chapter 3 - Technology // Wireless Communications in Developing Counties (PDF). 19–32.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search