Abxaziya

Abxaziya

Abxaziya Respublikası
abx. Аԥсны Аҳәынҭқарра
Apsnı Axəıntkarra
rus. Республика Абхазия

Respublika Abxaziya
Bayraq Gerb
Bayraq Gerb
Himn: 
Аиааира
Aiaaira
"Zəfər"
Tarixi
 • Abxaziya SSR 31 mart 1921
 • Abxaziya MSSR 19 fevral 1931
 • Suverenlik bəyannaməsi 25 avqust 1990
 • Müstəqillik bəyannaməsi 23 iyul 1992
 • Dövlət müstəqilliyi aktı 12 oktyabr 1999
Paytaxt Suxumi
43°00′ şm. e. 40°59′ ş. u.
İdarəetmə forması Unitar prezidentli respublika
Prezident Aslan Bjaniya
Baş nazir Aleksandr Ankvab
Sahəsi
 • Ümumi 8.664,59[1] km²
Əhalisi
 • Əhali 244.236[2] nəfər (180-ci)
 • Siyahıyaalma (2011) 240.705 nəf.
 • Sıxlıq 28,2 nəf./km² (160-cı)
ÜDM (nominal)
 • Ümumi (2020) 439,6 milyon dollar
 • Adambaşına 1.795 dollar
Demonim abxaz, abxaziyalı
Saat qurşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abxaziya[n 1][3], rəsmi adı ilə Abxaziya Respublikası[n 2]Cənubi Qafqazda, Qara dənizin şərq sahilində, Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində qismən tanınan dövlət. 8.665 kvadrat kilometr (3.346 kvadrat mil) ərazini əhatə edir və təxminən 245.000 əhalisi var. Paytaxtı və ən böyük şəhəri Suxumidir.

Abxaziyanın siyasi statusu Abxaz-Gürcüstan münaqişəsininGürcüstan-Rusiya münasibətlərinin mərkəzi məsələsidir. Abxaziya Rusiya, Venesuela, Nikaraqua, NauruSuriya tərəfindən müstəqil dövlət kimi tanınsa da, Gürcüstan hökuməti və demək olar ki, bütün Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər Abxaziyanı Gürcüstanın suveren ərazisi hesab edirlər.[4][5][6][7] Abxaziya ərazisi üzərində effektiv nəzarəti olmayan Gürcüstan mühacirətdə olan Abxaziya hökumətini saxlayır.

1980-ci illərin sonlarında SSRİ dağılmağa başlayanda bölgə Gürcüstan SSR-in tərkibində muxtariyyətə malik idi. Bölgənin titullu etnik mənsubiyyəti olan abxazlarla o dövrün ən böyük tək etnik qrup olan gürcülər arasında qaynayan etnik gərginlik 1992-1993-cü illərdə Gürcüstanın Abxaziyanın əksər hissəsi üzərində nəzarəti itirməsi və Abxaziyadan gürcülərin etnik təmizlənməsi ilə nəticələnən Abxaziya müharibəsi ilə yekunlaşdı.

1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasına və illərdir davam edən danışıqlara baxmayaraq, mübahisə hələ də həll olunmamış qalır. BMT-nin Müşahidə Missiyasının və Rusiyanın rəhbərlik etdiyi Müstəqil Dövlətlər Birliyinin sülhməramlı qüvvələrinin uzunmüddətli mövcudluğu bir neçə dəfə zorakılığın alovlanmasının qarşısını ala bilmədi. 2008-ci ilin avqustunda abxaz və rus qüvvələri Gürcüstan qüvvələrinə qarşı müharibə apardılar və bu, Abxaziyanın Rusiya tərəfindən rəsmi tanınmasına, 1994-cü ildə imzalanmış atəşkəs sazişinin ləğvinə və BMT missiyasının dayandırılmasına səbəb oldu. 28 avqust 2008-ci ildə Gürcüstan parlamenti Abxaziyanı Rusiyanın işğalı altında olan ərazi elan etdi və bu mövqe BMT-yə üzv olan dövlətlərin əksəriyyəti tərəfindən paylaşıldı.[8]

  1. Hoiberg, Dale H., redaktorAbkhazia // Encyclopedia Britannica. I: A-ak Bayes (15th). Chicago, IL: Encyclopedia Britannica Inc. 2010. 33. ISBN 978-1-59339-837-8.
  2. "Государственный комитет Республики Абхазия по статистике". ugsra.org. 6 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2020.
  3. "Abkhazia | Meaning of Abkhazia by Lexico". Lexico Dictionaries | English (ingilis). 25 March 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-25.
  4. Olga Oliker, Thomas S. Szayna. Faultlines of Conflict in Central Asia and the South Caucasus: Implications for the U.S. Army. Rand Corporation, 2003, ISBN 978-0-8330-3260-7.
  5. Clogg, Rachel. "Abkhazia: ten years on". Conciliation Resources. January 2001. 2 March 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 May 2016.
  6. Emmanuel Karagiannis. Energy and Security in the Caucasus. Routledge, 2002. ISBN 978-0-7007-1481-0.
  7. Parfitt, Tom. "Georgia up in arms over Olympic cash". The Guardian. 6 Aug 2007. 4 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 Feb 2023.
  8. "Территориальная целостность Грузии опирается на твердую международную поддержку". golos-ameriki.ru. 19 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 October 2018.


Sitat səhvi: " n " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="n"/> teq tapılmadı


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search