Bolonya prosesi

Bolonya prosesi — 1990-ci illərin sonunda Avropa universitetlərinin bir-biri ilə müqayisə edilməsi üçün vahid bir əsasın işlənilməsi üzərində təşəbbüs başlanılır. Fransa, Almaniya, İtaliyaBöyük Britaniya təhsil nazirləri daxil olmaqla ümumi 29 avropa dövlətlərinin nümayəndələri arasında 19 iyun 1999-cu ildə Bolonya (İtaliya) şəhərində razılıq imzalanır. Bu razılığın hazırlanması və yayılması Bolonya prosesi adlanır. Bu prosesin təşkilatçıları sonrakı illərdə Praqada (2001), Berlində (2005), Londonda (2007) görüşmüş və məsləhətləşmələr aparmışlar. Hal hazırda bu proses 48 ölkəni əhatə edir. Prosesin əsas məqsədinin, Avropa Ali Təhsil Məkanının yaradılmasının, 2010-cu ildə yerinə yetirilməsi nəzərdə tutulmuşdu və məkan yaradıldı. Bolonya prosesinin həyata keçirilməsində bir çox azərbaycan ali məktəbləri iştirak edir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search