Domen

Domenveb saytınızın internetdəki adı və ünvanıdır. Bu ünvan olmadan internet istifadəçiləri veb saytınıza girə bilməzlər. 1985-ci ildə ilk funksional domenlər yaradılmışdır. Funksional domenlər İnternet resursunun fəaliyyətindən asılı olaraq müəyyən edilir.

15 mart 1985-ci ildə dünyada qeydiyyatdan keçmiş ilk domen – “Symbolics.com” İnternetdə istifadəyə verilmişdir. Bu domen kompüter sənayesinin pioneri, “Open Genera Lisp” və “Macsyma” kompüterlərinin istehsalçısı olan “Symbolics” şirkətinə məxsus idi.

Domen ip ünvanı adlanan kompüterlərin birbirini tanıması üçün istifadə olunan nömrələmə sisteminin bəsitləşidirilmiş və kəlimələr ilə ifadə edilən formasıdır. Məsələn az.wikipedia.org yazdığınızda internet öncə bunu ip ünvanına çevirir sonra isə sizi bu ip ünvanına yönləndirir.

Veb saytınızı ziyarət etmək istəyənlərin ip ünvanınızı bilmələri çətin olacağı üçün domen alaraq saytınzı daha asan yadda qalan bir hala gətirməlisiniz. 91.198.174.192 ip ünvanı az.wikipedia.org saytına aiddir. IP ünvanını yadda saxlamaq çox çətindir amma az.wikipedia.org deyilən vaxt daha asan yadda qalır.

Domenlər ən az 1 ən çox 10 il arasında alına bilər.

Domenlər ən az 2, ən çox 63 simvoldan ibarət ola bilər. Hərf, rəqəm və - işarətini domenlərinizdə istifadə edə bilərsiniz.

Domen adı saytınızın internetdəki adıdır. Domen adı vasitəsilə istifadəçilər saytınızı rahatlıqla tapa bilir. Domen adı iki əsas hissədən ibarətdir. Məsələn,Example.com domen adı saytın adından (Example) və domen uzantısından (.com) ibarətdir. Domen adı özündə hərflər və rəqəmləri ayrı-ayrılıqda, və ya birlikdə istifadə edə bilər.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search