Ekbatan

Qədim şəhər
Ekbatan
Ἀγβάτανα
אַחְמְתָא
34°48′23″ şm. e. 48°30′58″ ş. u.
Ölkə  İran
Vilayət Həmədan
Salınma tarixi e.ə. III əsr
Dağılma tarixi XVIII əsr
Milli tərkibi madaylar, kaspilər, skiflər, mannalar
Müasir yeri Həmədan
Ekbatan xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ekbatan (q. türk.: Aqbatan, arami. אַחְמְתָא, q.yun. Ἀγβάτανα , lat. Ecbatana, ivr.אַחְמְתָא‏‎, Nabonidin xronikasıBisütun yazılarında Aqmatana) — Herodotun "Ἐκβάτανα" kimi qeyd etdiyi[1] Midiyanın ən böyük şəhərlərindən biri. İ. M. Dyakonov yazır ki, bu şəhər qədim Midiyanın ürəyi idi.[2] Şəhər mənbələrdə daha çox Astiaqın paytaxtı kimi xatırlansa da, digər maday hökmdarlarının hakimiyyəti dövründə də siyasi və mədəni mərkəz Ekbatan olub. Sonuncu Midiya hökmdarı Astiaqın Fars qiyamını yatıra bilməməsi nəticəsində farslar tərəfindən işğal olunub və bu hadisə Midiyanın süqutu ilə nəticələnib.

Farsların əlinə keçdikdən sonra isə, Əlvənd dağının ətəyində yerləşən gözəl şəhər Əhəməni hökmdarlarının yay iqamətgahı olub. Daha sonra şəhər Parfiya hökmdarlarının paytaxtı olub. Həmin dövrdə Parfiya dövlətinin mühüm zərbxanalarının yerləşdiyi şəhərdə çoxlu draxmatetradraxma kəsilib. Şəhərdən həmçinin "Achmetha" adı ilə Tövratda da bəhs edilmişdir.[3]

Mənbələrdə adı xatırlanan başqa bir Ekbatan şəhəri də vardır. Lakin bu iki şəhər qarışdırılmamalıdır. Onlardan biri Ekbatan / HəmədanMidiyanın Azərbaycanda yerləşən paytaxtı, digəri isə Ekbatan / Həmət – Suriyada yerləşən və Herodotun dediyinə görə II Kambizin vəfat etdiyi şəhərdir. Midiyanın paytaxtı olan Ekbatan şəhəri e.ə. 330-cu ildə Makedoniyalı İskəndərin sərkərdəsi Parmenion tərəfindən işğal edilmişdir.

  1. Herodot, III, 92
  2. Дьяконов И. М. История Мидии. М. — Л., 1956 , səh 179
  3. Tövrat, Ezra,VI, 2

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search