Finlandiya

Finlandiya
Suomen tasavalta
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
I wish I was in Finland, O na bawn yn y Ffindir
Himn: "Maamme / Vårt land"
(azərb. "Bizim Torpaq"‎)
Tarixi
 • Elan olunub 6 dekabr 1917
 • Tanınıb 4 yanvar 1918
Rəsmi dilləri
Paytaxt Helsinki
İdarəetmə forması Parlament respublikası
Prezident Aleksandr Stubb [1.III.2024 ~]
Baş nazir Petteri Orpo [20.VI.2023 ~]
Sahəsi Dünyada 64-cü
 • Ümumi 338424 km²
 • Su sahəsi (%) 10
Əhalisi
 • Əhali 5400000 nəfər (115-ci)
 • Sıxlıq 15,6 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 221 milyard dollar  (62-ci)
 • Adambaşına 40 300 dollar  (38-ci)
İİİ (2013) 0.892
Valyuta avro
İnternet domeni .fi
ISO kodu FI
BOK kodu FIN
Telefon kodu +358
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Finlandiya,[a] rəsmi adı ilə Finlandiya Respublikası[b][c]Şimali Avropada yerləşən Skandinaviya ölkəsi. Şimal-qərbdə İsveç, şimalda Norveç və şərqdə Rusiya ilə həmsərhəddir. Qərbində Botniya körfəzi, cənubunda isə Estoniyanın qarşısındakı Fin körfəzi yerləşir. Finlandiya 338.145 km2 əraziyə[2] və 5,6 milyon əhaliyə malikdir. Helsinki paytaxt və ən böyük şəhərdir. Əhalinin böyük bir hissəsi etnik finlərdən ibarətdir. Rəsmi dövlət dilləri fin diliisveç dilidir. Əhalinin 84,9 %-i ana dil kimi fin dilində, 5,1 %-i isə isveç dilində danışır.[3][4] Finlandiyanın iqlimi cənubda rütubətli kontinental iqlimdən şimalda subarktika iqliminə qədər dəyişir. Torpaq örtüyü əsasən tayqa biomudur və 180.000-dən çox qeydə alınmış göl vardır.[5][6]

Finlandiyada ilk insanlar son Buz dövründən sonra e.ə. IX minillik civarında yerləşmişdir.[7] Daş dövründə müxtəlif keramika üslubları ilə seçilən müxtəlif mədəniyyətlər meydana çıxdı. Tunc dövrüDəmir dövründə FennoskandiyaBaltikyanının digər mədəniyyətləri ilə təmaslarla yadda qaldı.[8] XIII əsrin sonlarından Finlandiya Şimali Səlib yürüşləri nəticəsində İsveç imperiyasının bir hissəsi oldu. 1809-cu ildə Fin müharibəsi nəticəsində Finlandiya İsveçdən alınaraq Rusiya imperiyasının idarə etdiyi muxtar dövlət olan Finlandiya böyük hersoqluğuna çevrildi. Bu dövrdə Fin incəsənəti çiçəkləndi və tam müstəqillik ideyası özünü büruzə verməyə başladı. 1906-cı ildə Finlandiya ümumi seçki hüququ verən ilk Avropa dövləti və bütün yetkin vətəndaşlara dövlət vəzifələrinə namizəd olmaq hüququnu verən dünyada ilk dövlət oldu.[9][note 1] 1917-ci ildə Rusiya inqilabından sonra Finlandiya tam müstəqilliyini elan etdi. 1918-ci ildə gənc millət Finlandiya vətəndaş müharibəsi ilə parçalandı. İkinci Dünya müharibəsi illərində Finlandiya Qış müharibəsiDavam müharibəsində Sovet İttifaqına qarşı, daha sonra Lapland müharibəsində nasist Almaniyasına qarşı vuruşdu. Nəticədə ərazisinin bir hissəsini itirdi, lakin müstəqilliyini qoruyub saxladı.

Finlandiya 1950-ci illərə qədər əsasən aqrar ölkə olaraq qaldı. İkinci Dünya müharibəsindən sonra sürətlə sənayeləşdi və isveç modeli üzərində qurulmuş sosial dövlət ilə inkişaf etmiş bir iqtisadiyyat qurdu. Bu, ölkəyə ümumi rifah və adambaşına yüksək gəlir əldə etməyə imkan verdi.[10] Soyuq müharibə dövründə Finlandiya rəsmi olaraq bitərəflik siyasətini qəbul etdi. O vaxtdan bəri 1995-ci ildə Avropa İttifaqına, 1999-cu ildə Avrozonaya, 2023-cü ildə isə NATO-ya üzv olub. Finlandiya Birləşmiş Millətlər Təşkilatı, Şimal Şurası, Şengen zonası, Avropa Şurası, Ümumdünya Ticarət Təşkilatıİqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi müxtəlif beynəlxalq təşkilatların üzvüdür. Ölkə təhsil, iqtisadi rəqabət qabiliyyəti, vətəndaş azadlıqları, həyat keyfiyyəti və insan inkişafı da daxil olmaqla milli performans göstəricilərində çox yaxşı nəticələr göstərir.[11][12][13][14]

  1. 1 2 17 // Suomen perustuslaki, Finlands grundlag. 1999.
  2. Sitat səhvi: Yanlış <ref> teqi; auto2 adlı istinad üçün mətn göstərilməyib
  3. Sitat səhvi: Yanlış <ref> teqi; statistics-finland-population-2023-final adlı istinad üçün mətn göstərilməyib
  4. "Språk i Finland" [Language in Finland]. Institute for the Languages of Finland (isveç). 4 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2021.
  5. Li, Leslie. "A Land of a Thousand Lakes". The New York Times. 16 April 1989. 2 January 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 September 2020.
  6. Mansel, Lydia. "15 Best Places to Visit in Finland, From the Sauna Capital of the World to Santa Claus Village". Travel + Leisure. 15 November 2023. 2 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2024.
  7. Haggren, Georg; Halinen, Petri; Lavento, Mika; Raninen, Sami; Wessman, Anna. Muinaisuutemme jäljet. Helsinki: Gaudeamus. 2015. səh. 23. ISBN 978-952-495-363-4.
  8. Haggren, Georg; Halinen, Petri; Lavento, Mika; Raninen, Sami; Wessman, Anna. Muinaisuutemme jäljet. Helsinki: Gaudeamus. 2015. səh. 339. ISBN 978-952-495-363-4.
  9. Parliament of Finland. "History of the Finnish Parliament". eduskunta.fi. 6 December 2015 tarixində orijinalından arxivləşdirilib.
  10. "Finland". International Monetary Fund. 14 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2013.
  11. "Finland: World Audit Democracy Profile". WorldAudit.org. 30 October 2013 tarixində arxivləşdirilib.
  12. "Tertiary education graduation rates—Education: Key Tables from OECD". OECD iLibrary. Organisation for Economic Co-operation and Development. 14 June 2010. doi:10.1787/20755120-table1 (inactive 31 January 2024). 30 April 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 March 2011.
  13. "Her er verdens mest konkurransedyktige land—Makro og politikk". E24.no. 9 September 2010. 14 October 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 March 2011.
  14. "The 2009 Legatum Prosperity Index". Prosperity.com. 29 October 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 February 2010.


Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/> teq tapılmadı
Sitat səhvi: " note " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="note"/> teq tapılmadı


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search