Frans Kafka

Frans Kafka
alm. Franz Kafka
Doğum adı Franz Kafka
Doğum tarixi 3 iyul 1883(1883-07-03)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 3 iyun 1924(1924-06-03)[3][4][…] (40 yaşında)
Dəfn yeri
Təhsili
  • Karl və Ferdinand Universiteti[d] (19011906),
  • Karlov Universiteti[d]
Fəaliyyəti roman yazıçısı, təmsil yazıçısı, hekayə yazıçısı[d], aforizmlər müəllifi, gündəlik yazıçısı[d], tərcüməçi, vəkil, ssenarist, şair-vəkil[d], nasir, yazıçı
Fəaliyyət illəri 1904-cü ildən
Əsərlərinin dili alman dili
İstiqamət Ekzistensializm
Janrlar modernizm, Belletristika, hekayə, Pritça, roman
Tanınmış əsərləri
İmza
franzkafka.de
Vikimənbənin loqosu Frans Kafka Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Frans Kafka[a] (alm. Franz Kafka‎;3 iyul 1883[1][2][…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan[1][2][…]3 iyun 1924[3][4][…]) — almandilli əşkinazi yəhudisi romançı və hekayə yazarı. XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Realizm ilə fantastika elementlərini birləşdirdiyi[5] əsərlərində əsasən tənha qalmış baş personajlar qəribə, sürrealistik vəziyyətlərlə və başa düşülməyən sosial-bürokratik qüvvələrlə üzləşirlər. Kafkanın əsərlərində yadlaşma, narahatlıq, günahkarlıq və absurdluq kimi elementlərlə qarşılaşmaq mümkündür.[6] Ən tanınmış əsərləri "Çevrilmə" (alm. Die Verwandlung‎), "Məhkəmə" (alm. Der Process‎), "Qəsr" (alm. Das Schloss‎) və "Milenaya məktublar"(alm. Briefe an Milenas‎) hesab olunur. Onun əsərlərindəki situasiyaları təsvir etmək üçün ingilis dilinə "kafkavari" sözü daxil olmuşdur.[7]

Kafka Bohemiya krallığının (daha sonra Avstriya-Macarıstan imperiyasının tərkib hissəsi, indiki Çexiya Respublikası) paytaxtı Praqa şəhərində orta sinif almandilli yəhudi ailəsində anadan olmuşdur. Vəkil təhsili almış, təhsilini başa çatdırdıqdan sonra sığorta şirkətində işə düzəlmişdir. Bu zaman boş zamanlarında yazmağa başlamışdır. Həyatı boyunca Kafka gərgin və formal münasibət bəslədiyi atası da daxil olmaqla ailəsi və yaxın dostlarına yüzlərlə məktub yazmışdır. Həyatında bir neçə qadın olsa da, heç vaxt evlənməmişdir. 1924-cü ildə 40 yaşında vərəm xəstəliyindən vəfat etmişdir.

Kafkanın sağlığında çox az əsəri çap olunmuşdur: hekayə kolleksiyaları "Düşünmək" ilə "Kənd həkimi" və fərdi hekayələri ədəbi jurnallarda nəşr olunmuş, lakin az ictimai diqqət almışdır. Kafka dostu Maks Broddan tamamlamadığı "Məhkəmə", "Qəsr" və "Amerika" romanlarını məhv etməyi xahiş etmiş, lakin Maks bunu rədd etmiş və Kafkanın ölümündən sonra əsərlərini çap etdirmişdir. Onun əsərləri XX əsr ədəbiyyatına – yazıçılarına, filosoflarına, sənətkarlarına və tənqidçilərinə böyük təsir göstərmişdir.

  1. 1 2 3 4 Robertson R. Kafka: A Very Short Introduction (ing.). University of Oxford, 2004. P. 1. ISBN 978-0-19-280455-6
  2. 1 2 3 4 Kafka F. The Metamorphosis (ing.): The Translation, Backgrounds and Contexts, Criticism. / S. Corngold, S. Corngold 1 W. W. Norton & Company, 1996. P. 211. ISBN 978-0-393-96797-5
  3. 1 2 3 Kafka F. The Metamorphosis (ing.): The Translation, Backgrounds and Contexts, Criticism. / S. Corngold, S. Corngold 1 W. W. Norton & Company, 1996. P. 213. ISBN 978-0-393-96797-5
  4. 1 2 Кафка Франц // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. Spindler, William. "Magical Realism: A Typology" (PDF). Forum for Modern Language Studies. XXIX (1). 1993: 90–93. doi:10.1093/fmls/XXIX.1.75.
  6. Frans Kafka Encyclopædia Britannica Online ensiklopediyasında
  7. Steinhauer, 1983. səh. 390–408


Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/> teq tapılmadı


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search