Harri Stayls

Harri Stayls
ing. Harry Styles
Ümumi məlumatlar
Doğum adı Harry Edward Styles[7]
Doğum tarixi 1 fevral 1994(1994-02-01) (30 yaş)
Doğum yeri
Vətəndaşlığı
Partnyorları
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, mahnı yazarı[d], aktyor, kino aktyoru, gitaraçı, müğənni-mahnı yazarı, humanist, aktivist
Fəaliyyət illəri 2010-cu ildən
Janrlar soft-rok[d], pop musiqisi, rok, brit-pop[d], xalq mahnısı
Musiqi alətləri gitara
Səs tembri bariton
Albom şirkətləri Columbia Records[6]
Üzvlüyü
İmzanın şəkli
hstyles.co.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Harri Stayls (ing. Harry Edward Styles; 1 fevral 1994, Redditç[d], Vusterşir[d]) — İngiltərə müğənnisi. Harri dünyaca məşhur oğlan qrupu “One Direction”ın üzvlərindən biri olmuşdur.

Harri Stayls 2017-ci ildə qrupdakı fəaliyyətinə fasilə verməsindən bir il sonra öz adını daşıyan debüt studiya albomunu buraxaraq solo karyerasına başlamışdır. “Harry Styles” adlanan bu albom Birləşmiş Krallıqda və ABŞ-də həmin ilin ən çox satılan albomları sırasına düşmüşdür. Albomdan sinql kimi buraxılan “Sign of the Times” mahnısı Britaniyada yayım rekordları qırmışdır. Harri Stayls “Fine Line” adlı ikinci studiya albomunu 2019-cu ildə təqdim etmişdir. Bu albom ilk həftəsində yüksək miqdarda sataraq kommersiya baxımından uğurlu olmuşdur. Rolling Stone qəzeti 2020-ci ildə tərtib etdiyi “Bütün zamanların ən yaxşı 500 albomu” siyahısında Harrinin bu albomuna da yer ayırıb. İfaçının 2022-ci ildə işıq üzü görən üçüncü albomu “Harry's House” tənqidi rəğbətlə qarşılanıb. Billboard jurnalının verdiyi xəbərə görə Harrinin albomdan sinql kimi buraxdığı “As It Was” mahnısı 2023-cü ilin ən hit mahnısı olub. Həmin il “İlin albomuna görə” təqdim edilən Qremmi mükafatı da məhz Harri Staylsa nəsib olub.

Harri Stayls karyerası boyunca çox sayda mükafatla təltif edilmişdir. Onun aldığı mükafatlara daxildir: altı Brit mükafatı, üç Qremmi mükafatı, bir Ayvor Novello mükafatı və üç Amerikan Musiqi Mükafatı. Müğənni musiqi və aktyorluq karyerasından əlavə, cəsarətli və dəbli geyim seçimləri ilə də məşhurdur. O, təkbaşına “Vogue” jurnalının üz qabığında yer alan ilk kişi sənətçi olub.

  1. 1 2 https://www.usmagazine.com/celebrity-news/pictures/olivia-wilde-and-harry-styles-relationship-timeline/.
  2. 1 2 https://www.elle.com/culture/celebrities/a35183167/harry-styles-olivia-wilde-relationship-timeline/.
  3. 1 2 https://www.europafm.com/noticias/famosos/historia-amor-harry-styles-taylor-swift-que-rompieron-que-canciones-dedicaron-uno-otro_2023020663e0e6c3bf44120001c0c6b4.html.
  4. 1 2 https://www.lavanguardia.com/muyfan/20151020/54437326712/harry-styles-nicole-scherzinger-romance-secreto.html.
  5. 1 2 https://www.rtve.es/television/20211103/harry-styles-olivia-wilde-pareja-novios-jason-sudeikis-phoebe-waller-bridge-taylor-swift-kendall-jenner/2062485.shtml.
  6. 1 2 https://www.columbia.co.uk/artist/94/harry-styles/.
  7. https://www.chroniclelive.co.uk/news/tv/harry-styles-brits-one-direction-26217762.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search