Hipotez

Hipotez (q.yun. ὑπόθεσις — "əsas", "təxmini fikir") — təxmin edilmə, fikrə gəlmə, təsdiq edilməmiş iddia.

Elmdə hipotez anlayışı çox vaxt təbiətin, yaxud ictimai həyat hadisələrinin hər hansı bir sahəsini izah edən fərziyə kimi başa düşülür. Hadisəni izah etmək, onun səbəbini, başqa hadisə və proseslərlə qanunauyğunluq əlaqəsini aşkara çıxarmaqdır. Buna görə də, hipotez əksər hallarda elmin həqiqi müddəalarına zidd gəlməyən, lakin müəyyən hadisələr və prosesləri doğuran səbəb haqqında irəli sürülən, sübut olunmasına ehtiyac duyulan fərziyyə hesab olunur.

Bir qayda olaraq hipotezlər bir sıra müşahidə və nümunələrə söykənməli və həqiqətə oxşamalıdırlar. Hipotezlər ya təsdiq edilməlifakta çevrilməli və ya da rədd edilərək əsassız iddia cərgəsinə keçməlidirlər.

Elmi tədqiqatlarda hipotezlər müəyyən sayda müşahidələr, təcrübədən alınan nəticələrə əsaslanan mülahizələrin müəyyən edilməsi deməkdir. İrəli sürülən hipoteziərin yoxlanılması xüsusi eksperimentlərin gedişində həyata keçirilə bilər. Təsdiq edilməmiş və rədd ediməmiş hipotez açıq problem adlanırlar.

Hipotezlərin formalaşdırılması və onların düzgünlüyünün yoxlanılmasında mülahizə metodu kimi analogiyaların böyük əhəmiyyəti vardır. Analogiya iki obyekt arasında hər hansı bir xüsusi haqqında mülahizə yürütməkdir. Bu oxşarlıq əhəmiyyətli və əhəmiyyətsiz dərəcədə ola bilər. Müasir elmi hipotezlər bir qayda olaraq təcrübəyə yoxlanılmış elmi müddəaların analogiyasina görə yaradılırlar. Analogiya hipotezi eksperiment ilə alaqələndirilir. Mülahizələri sadələşdirən və hadisələrin təbiətini dəqiqləşdirən eksperiment keçirilməsinə imkan verən məntiqi sxemler və məntiqi quruluşlar model adlandırılırlar.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search