IEEE 1394

IEEE 1394— ardıcıl magistral üçün yüksək sürətli əlaqələrdə bir interfeys standartıdır.

O 1980-ci illərin axırları,1990-cı illərin əvvəllərində Apple tərəfindən kəşf olunmuş və onu FireWire adlandırmışdılar.1394 interfeysi USB-nin əslində daha çox yayılmış olmasına baxmayaraq, yenə də onunla müqayisə olunur.Apple ilk əvvəl FireWire portunu özünün bəzi 1999 Macintosh modellərinə daxil etdi. Və ən çox FireWire portuna malik Apple Macintosh kompyuterləri 2000–2013-cü illərdə istehsal edildi. Bütün bunlara baxmayaraq, 2014-cü ildən etibarən FireWire bir çox yeni Maclarda Thunderbolt interfeysi ilə əvəz olunmağa başladı.1394 interfeysi i. LINK (Sony) və Lynx (Texas Instruments) brendləri tərəfindən də tanınmağa başladı. IEEE 1394 xərcinin daha ucuz olması və sadələşməsi, o cümlədən, daha çox uyuşan kabel sisteminin olması səbəbindən bir çox tətbiqlərdə paralel SCSI ilə əvəz olundu. IEEE 1394 A/V (audio/visual) komponentlərinin əlaqəsi və kontrolu üçün High-Definition Audio-Video Network Alliance (HANA) standart əlaqə interfeysidir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search