Invincible (albom)

Invincible
Yayımlanma tarixi 30 oktyabr 2001
Yazılma tarixi oktyabr 1997 – avqust 2001
Janr R&B, Hip-Hop, electronic, adult contemporary, urban, soul, funk
Müddət 77:08
Dil ingilis dili
Leybl Epic Records
Prodüser Maykl Cekson, Rodney Jerkins, Teddy Riley, Andraeo "Fanatic" Heard, Kenneth "Babyface" Edmonds, R. Kelly, Dr. Freeze
Maykl Cekson albomlarının xronologiyası
"Blood on the Dance Floor"
(1997)
"Invincible"
(2001)
"Number Ones"
(2003)

InvicibleMaykl Cekson onuncu və sonuncu solo studiya albomu. Albom Epic Records tərəfindən 30 oktyabr, 2001-ci il tarixində yayımlanıb. "Invicible" Jacksonun 1997-ci ildə çıxardığı Blood on the Dance Floor albomunun üstündən keçən beş il ərzində yeni mahnılar səsləndirdiyi ilk solo albomudur. Digər albomlarında olduğu kimi bu alboma daxil olan on altı mahnının da mövzusu da əsasən Ceksonun şəxsi həyat təcrübələri və müşahidələridir. Albmun üz qabığında Maykl Ceksonun sifəti beş fərqli rəngdə təsvir edilib. Mütəxəssislərin sözlərinə görə albom dinləyicilər tərəfindən maraqla qarşılanıb və böyük gəlir gətirən albomlardan birinə çevrilib.

Albomdan üç sinql çıxarılıb:"You Rock My World", "Cry" and "Butterflies". Butterflies mahnısı ABŞ – dan kənarda satışa çıxarılıb. Albomun ilk və son mahnıları daha çox sevilmiş və Billboard Hot 100 Chartda ilk onluğa daxil olmuşdur. Həmçinin eyni mahnılar dünyada da çox sevilmiş, bir çox ölkələrdə ilk onluğa daxil olmuş və hətta birinciliyə qədər yüksəlmişdir. Alboma daxil olan "Cry" mahnısı ticari baxımdan daha az gəlirli olmuşdur. İstehsalçı şirkətlə Maykl Cekson arasında münaqişənin yaranmasından sonra Sony Music albomunun tanıtımını yarımçıq dayandırmağa məcbur olmuşdur. Albom həmçinin Ən Yaxşı Kişi Pop – Vokal İfaçısı kateqoriyasında Qremmi mükafatı almış, "Billboard magazine" oxucularının səsverməsi nəticəsində isə onilliyin ən yaxşı albomu seçilmişdir.

Albom həmçinin böyük ticari uğur da qazanmış dünyanın on bir ölkəsində, o cümlədən, ABŞ, Birləşmiş Krallıq, Avstraliya, Fransaİsveçrədə biriciliyə yüksəlmişdir. Albom həmçinin daha altı ölkədə ilk onluğa daxil olmuş, ən pis göstəricini isə Meksikada göstərərək yalnız iyirmi doqquzuncu yerə qədər irəliləmişdir. "Invicible" albomu 2004 – cü ildə və 2009–cu ildə Maykl Ceksonun vəfatından sonra yenidən hit paradlara qayıtmışdır. Albom bütün dünyada 10.000.000 nüsxəylə satılmışdır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search