Kaka

Kaka
Ümumi məlumatlar
Tam adı Rikardo İzekson dos Santos Leyte
Ləqəbi Kaka, Qızıl oğlan, Rikki
Doğum tarixi 22 aprel 1982(1982-04-22)[1][2][…] (42 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 186 sm[3]
Çəkisi 83 kq[3]
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub karyerasını bitirb
Karyerası
Gənclik karyerası
1994—2000 Braziliya San-Paulu
Klub karyerası[* 1]
2001—2003 Braziliya San-Paulu 59 (23)
2003—2009 İtaliya Milan 193 (70)
2009—2013 İspaniya Real Madrid 85 (23)
2013—2014 İtaliya Milan 30 (7)
2014—2017 ABŞ Orlando Siti 52 (18)
2014  Braziliya San-Paulu 19 (2)
Milli yığma[* 2]
2001 Braziliya Braziliya U-20 5 (1)
2002—2017 Braziliya Braziliya 91 (29)
Təltif və medalları
Dünya Çemppionatları
Qızıl Koreya/Yaponiya 2002
Konfederasiya kubokları
Qızıl Almaniya 2005
Qızıl CAR 2009
KONKAKAF qızıl kubokları
Gümüş ABŞ/Meksika 2003

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 23 oktyabr 2016 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 14 oktyabr 2015 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kaka (port. Kaká; Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[hiˈkaɾdu iˈzɛksõ duˈsɐ̃tus ˈlejt͡ʃi]]]; tam adı Rikardo İzekson dos Santos Leyte port. Ricardo Izecson dos Santos Leite; 22 aprel 1982[1][2][…], Qama[d], Federal dairə, Braziliya — braziliyalı futbolçu, Orlando Siti klubunun yarımmüdafiəçisi.

Kakanın futbol karyerası 8 yaşında yerli klubların birində başlayıb. Uşaqkən tennis ilə məşğul olub[4], amma San-Paulu futbol komandası ilə 15 yaşlılar üçün nəzərdə tutulmuş müqaviləni bağlayandan sonra, o, futbolu gələcək sənəti seçdi. 2003-cü ildə İtaliyanın Milan klubu 8,5 milyon avro müqabilində onu transfer etdi. Milandaki karyerası ərzində İtaliya A SeriyasınıÇempionlar Liqasını qazanmışdır, 2007-ci ildə o, FİFA-nın İlin Oyunçusu və Ballon d'Or mükafatlarını almışdır. Milandaki uğurlu çıxışından sonra Kaka 65 miliyon avro müqabilində Real Madridə keçdi.[5] O vaxt üçün bu futbol tarixinin ən bahalı (avro) ikinci transferi idi, yalnız 75 milyonluq Zinəddin Zidandan geridə qalırdı. İspaniyada dörd mövsümdən sonra Kaka 2013-cü ildə bir sezonluq Milana qayıtdı və Milanın formasında özünün 100-cü qolunu vurmağa bacardı. 2013–14 mövsümünün sonunda o, ABŞ klubu Orlando Sitiyə keçdi, amma ABŞ-də yeni mövsümün hələ başlamamasına görə, icarə əsasında keçmiş klubu San-Pauluya qayıtdı. 2015-ci ildə o, Orlandoda oynadığı debüt oyununda ilk qolunu vura biilmişdi; sonradan o, "2015 ABŞ çempionatının ulduz komandasının" heyətinə salınmışdı, orada ona Ən Dəyərli Oyunçu adını vermişdilər.

Beynəlxalq səviyyədə Kaka Braziliya millisində 2002-ci ildə debüt etdı və həmin il Dünya Çempionatında qalib gələn heyətin üzvlərindən idi, o, 20062010-cu illərdə də millisi ilə Dünya Çempionatında iştirak etmişdir. 2005 və 2009-cu illərdə Konfederasiya Kubokunu udan Braziliya millisinin heyətində idi. 2009-cu ilki Konfederasiya Kubokunun ən yaxşı oyunçusu seçilmişdir.

Bacarıqlı oyunu ilə əlavə Kaka humanitar fəaliyyəti ilə tanınır. 2004-cü ildə Kaka BMT-nin Ümumdünya Ərzaq Proqramının ən gənc səfiri oldu.[6] Meydanda və onun kənarında töhfələrinə görə Kaka 2008 və 2009-cu illərdə Time jurnalının "Dünyanın 100 ən nüfuzlu adamları" siyahısında yer almışdır.[7] Kaka Twitter sosial şəbəkəsində 10 milyon abunəçi yığan ilk idmançı olmuşdur.[8]

  1. 1 2 Kaká // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Rollin J. Kaká // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 http://www.saopaulofc.net/equipe/elenco/meio-campistas/kaka/.
  4. "Kaká:in Profile" Arxivləşdirilib 2010-05-27 at the Wayback MachineFIFA. 26 June 2009.
  5. "Kaka completes Real Madrid switch" Arxivləşdirilib 2019-05-07 at the Wayback Machine. BBC. 9 June 2009.
  6. "Soccer star Kaká puts the floodlights on global hunger" Arxivləşdirilib 2012-06-14 at the Wayback Machine (Press release). World Food Programme. 30 November 2004. Retrieved 15 June 2010.
  7. "Kaka profile" Arxivləşdirilib 2018-12-05 at the Wayback Machine. Goal.com. Retrieved 28 June 2014
  8. "Kaka to Be World's First Athlete with 10 Million Twitter Followers" Arxivləşdirilib 2021-04-19 at the Wayback Machine Mashable

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search