Kil Universiteti

Kil Universiteti
Xəritə
54°20′20″ şm. e. 10°07′21″ ş. u.
Əsası qoyulub 1665
Tələbə sayı 27.468[1]
Ölkə
Sayt uni-kiel.de/de/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kil Universiteti və ya rəsmi adı ilə Kristian Albrext adına Kil Universiteti (alm. Christian-Albrechts-Universität zu Kiel‎) — Almaniyanın Kil şəhərində universitet. 1665-ci ildə Kristian Albrext tərəfindən Academia Holsatorum Chiloniensis adı altında əsası qoyulub. Hazırda təhsil müəssisəsində təxminən 27,000 tələbə təhsil alır. Kil Universiteti Şlezviq-Holşteyn vilayətinin ən böyük, ən qədim və ən nüfuzlu ali məktəbidir. 1864–66-cı ilə qədər o, təkcə Almaniyanın ən şimal universiteti deyil, eyni zamanda Danimarkanın ikinci ən böyük universiteti idi. Kil Universitetinin fakültələri, məzunları və tədqiqatçıları ümumilikdə 12 Nobel mükafatı qazanıblar. Universitet 2006-cı ildən Alman Universitetləri Mükəmməllik Təşəbbüsünün üzvüdür. Kil Universiteti beynəlxalq ümumi hüquq üzrə aparılan tədqiqatları ilə məşhurdur. Almaniya və Avropanın ən qədim beynəlxalq ümumi hüquq institutu olan Valter Şukinq Beynəlxalq Ümumi Hüquq İnstitutu Kildə yerləşir.[3]

  1. Statistisches Bundesamt Deutschland - GENESIS-Online (alm.).
  2. 1 2 Global Research Identifier Database (ing.). 2015.
  3. Stolleis, Michael. Geschichte des öffentlichen Rechts in Deutschland. Munich: C.H. Beck. 2002. səh. 394. ISBN 978-3-406-48960-0.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search