MS-DOS

MS-DOS
Loqonun şəkli
İstehsalçı Microsoft
Yazılma dili Assembler
Buraxılış tarixi 12 avqust 1981[1]
Son versiya
  • 8.01
Dəstəklənən platformalar IBM-compatible computer[d]
İnterfeys Əmr sətiri
Veb-saytı microsoft.com/resources/…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MS-DOS (Microsoft Disk Operating System — Microsoftdan disklər üçün yaradılmış bir əməliyyat sistemi) — MS_DOS – DOS ailəsinə aid olan ən məşhur əməliyyat sistemidir, əvvəllər İBM PC – kompyuterlərində istifadə edilirdi. Zamanla dəyişdirilərək Windows 9xWindows NT-yə uyğunlaşdırılıb.

MS-DOS <em-es-dos> – (Microsoft Disk Operating System) Microsoft şirkətinin yaratmış olduğu disk əməliyyat sistemidir. Başqa əməliyyat sistemləri kimi, MS-DOS diskə giriş və çıxış əməliyyatlarını, videoverilənlərin işlənməsini, klaviaturanın idarə olunmasını və proqramların çalışması və faylların müşayəti ilə bağlı çoxlu sayda daxili funksiyaları yerinə yetirir. MS-DOS komanda sətirli interfeysə (COMMAND LINE INTERFACE) malik birtapşırıqlı, biristifadəçili əməliyyat sistemidir. 1990-cı illərdə MS-DOS sistemi Windows əməliyyat sistemi tərəfindən sıxışdırılıb çıxarıldı.

MS-DOS 1981-ci ildə yaradılmışdır. Öz inkişafı mərhələsində onun 8 əsas versiyası buraxılmışdır (1.0, 2.0 və s.)və 20 ədəd başqa versiyası (3.1, 3.2 və s.). MS-DOS sisteminin çatışmayan cəhətlərindən biri istifadəçi interfeysinin həddən artıq primitiv olmasıdır. Yə’ni hər hansı proqramı yükləmək və ya digər əməliyyatları aparmaq üçün istifadəçi klaviaturada uyğun əmrləri yığmalıdır. 2000-ci ildə kompaniya onun istehsalını dayandırdi.

  1. MS-DOS: A Brief Introduction (ing.).

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search