Mazoxizm

Mazoxizm (alm. Masochismus‎) — alçaldılma, zorakılıq və ya işgəncədən həzz almaq meyli. Bu xarakter xüsusiyyəti və ya davranış deviasiyası ola bilər. Termini alman psixiatr və nevroloq Rixard fon Kraft-Ebinq 1886-cı ildə yazdığı "Cinsi psixopatiya" (Psychopathia sexualis) adlı monoqrafiyasında təqdim etmiş və romanlarında və qısa hekayələrində bu cür meylləri təsvir edən yazıçı Leopold fon Zaxer-Mazoxun şərəfinə adlandırmışdır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search