Nobilitet

Nobilitet və ya nobillər (lat. Nobilis – adlı-sanlı, hörmətcil; nobilitas – əyan) — Roma Respublikasında patrisi və varlı plebey ailələrinin məhdud dairəsi. E.ə. III əsrin əvvəlində formalaşmışdır. Ən mühüm dövlət vəzifələrinə yalnız nobilitetin nümayəndələri seçilirdilər, lakin nobillər sırasından müxalifətçi xadimlər də çıxırdı. Nobilitetin Roma demokratiyasınıın bəzi rəhbərləri də mənsub idilər. Sonralar əvvəlki rolunu itirmişdir. Daha geniş mənada özünü "xalqa" və ya "qara camaat"a qarşı qoyan "əyanlar" anlayışını ifadə edir.[1]

  1. Нобилитет // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 278.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search