Plutarx

Plutarx
q.yun. Πλούταρχος
lat. L. Mestrius Plutarchus[1]
Doğum tarixi ən tezi 45ən geci 50[1]
Vəfat tarixi təq. 120[2][3][…]
Vəfat yeri
Fəaliyyəti esseist, keşiş, bioqraf, tarixçi, yazıçı, filosof
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Plutarx (yun. Πλούταρχοςən tezi 45ən geci 50[1]təq. 120[2][3][…], bilinmir[4][5]) — Roma imperiyası dövründə yaşamış yunan tarixçisi, bioqrafı və filosofu. Orta platonçuluq məktəbinin təmsilçisi sayılır.

Antik dünyanın ən tanınmış yazıçı və filosoflarından biri Platon məktəbinin davamçısı olan olmuşdur. O, Yunanıstanın Beotiya vilayətində yerləşən Heroneyadan idi. Plutarx gənc yaşlarından müxtəlif elmləri və fəlsəfəni öyrənmiş, platonçu filosof Ammoniusun öyrəncisi olmuşdur. Sonralar isə o, öz evində gəncləri ətrafına yığaraq onlarla fəlsəfi dərslər keçirmiş. O, həmçinin başqa yerlərə səfərlər etmiş, tez-tez Romada olmuş, imperiyanın yüksək zümrələri arasında tanınmışdır. İmperator Traianus ona himayəçilik etmişdir. Daha sonra isə Plutarx Delfada yerləşən Apollon məbədinin kahini olmuşdur.

  1. 1 2 3 Plutarch // World History Encyclopedia (ing.). 2009.
  2. 1 2 Bibliothèque nationale de France Plutarque (0046?-0120?) // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Plutarchus // Catalog of the German National Library (alm.).
  4. 1 2 ПЛУТА́РХ // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
  5. 1 2 Brozović D., Ladan T. Plutarh // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search