Sublimasiya

Sublimasiya psixikanın müdafiə mexanizmi olaraq, daxili gərginliyinin sosial faydalı əməyə istiqamətləndirilməsi vasitəsilə çıxarılması.

İlk dəfə Ziqmund Freyd tərəfindən təsvir edilib. Ziqmund Freyd iddia edirdi ki, seksual instinktlərin birbaşa çıxışınının məhdudlaşdırılması nəticəsində, onların başqa fəaliyyət növlərinə çevrilməsi baş verir.

İbtidai tayfada Ulu Atanın öz oğullarının seksual həyatını məhdudlaşdılıması nəticəsində, onların çıxış tapa bilməyən seksual enerjisi, başqa sosial faydalı fəaliyyət növlərinə çevrilməyə başlamışdır. Onlarda diqqət, düşüncə, dözümlülük, qavrama və bir çox başqa keyfiyyətlər yaranmışdır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search