Urasil

Urasil — Urasil (/ ˈjʊərəsɪl /) (simvol U və ya Ura) A, Q, S və U hərfləri ilə təmsil olunan RNT nuklein turşularında dörd azotlu əsasdan biridir. Digərləri adenin (A), sitozin (S), və quanin (Q)[1]. RNT-də urasil adeninə iki hidrogen bağı ilə bağlanır. DNT-də urasilin azotlu əsası timinlə əvəz olunur. Urasil timin demetilləşdirilmiş formasıdır.

Urasil ümumi və təbii olaraq meydana gələn pirimidin törəməsidir[2]. "Urasil" adı 1885-ci ildə sidik turşusu törəmələrini sintez etməyə çalışan alman kimyaçısı Robert Berend tərəfindən yaradılmışdır. Əvvəlcə 1900-cü ildə Alberto Askoli tərəfindən kəşf edilmiş, maya nukleininin hidrolizi ilə təcrid edilmişdir , o, həmçinin mal-qaranın timus və dalağında, siyənək toxumunda və buğda cücərtisində aşkar edilmişdir . İşığı udmaq qabiliyyətinə malik düz, doymamış birləşmədir[3].

2012-ci ildə Saturn sistemindəki orbitdə Kasini missiyasının məlumatlarının təhlili göstərdi ki, urasil Titanın səthinin bir hissəsi ola bilər[4] .

  1. Myers, Richard L.; Myers, Rusty L. The 100 Most Important Chemical Compounds. 2007. 92–93. ISBN 9780313337581. 2021-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-19.Şablon:Full citation needed
  2. Garrett RH, Grisham CM. Principals of Biochemistry with a Human Focus. United States: Brooks/Cole Thomson Learning. 1997.
  3. Martins Z, Botta O, Fogel ML, Sephton MA, Glavin DP, Watson JS, və b. "Extraterrestrial nucleobases in the Murchison meteorite". Earth and Planetary Science Letters. 270 (1–2). 2008: 130–136. arXiv:0806.2286. Bibcode:2008E&PSL.270..130M. doi:10.1016/j.epsl.2008.03.026.
  4. "We may all be space aliens: Study". AFP. 20 Aug 2009. 17 June 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 Aug 2011.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search