Windows Mobile

Windows Mobile
İstehsalçı Microsoft
Yazılma dili C++
Bazası Windows CE
Buraxılış tarixi 19 aprel 2000
Son versiya
  • 6.5.3
Veb-saytı microsoft.com:80/windows…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Windows Mobile — smartfonlar və şəxsi rəqəmsal köməkçilər üçün "Microsoft" tərəfindən hazırlanmış mobil əməliyyat sistemləri ailəsi.[1]

Daha yeni smartfon əməliyyat sistemlərinin (iOS və "Android") yüksəlişindən sonra "Windows Mobile" heç vaxt uğura bərabər olmadı və sonrakı illərdə sürətlə sönmüşdür. "Microsoft" 2010-cu ilin fevralına qədər "Windows Mobile"ı əvəz etmək üçün daha müasir və istehlakçıya yönəlmiş "Windows Phone"u elan etmişdir. Nəticədə, mövcud cihazlar və proqram təminatı "Windows Phone" ilə uyğun gəlmədiyi üçün "Windows Mobile" köhnəlmişdir.[2][3][4] "Windows Phone"un elanından sonra çıxan "Windows Mobile"ın son versiyası 6.5.5 idi. Bundan sonra Microsoft bütün diqqətini "Windows Phone" üzərində cəmləşdirmək üçün Windows Mobile-da inkişafı dayandırmışdır.

"Microsoft" 2015-ci ildə "Windows Phone" seriyasının bir hissəsi olan oxşar adlı "Windows 10 Mobile"ı buraxmış, onun keçmiş "Windows Mobile" əməliyyat sistemləri ilə əlaqəsi yoxdur.

  1. Evers, Joris. "Microsoft to phase out Pocket PC, Smartphone brands | Hardware". InfoWorld. IDG. January 6, 2005. June 3, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 14, 2011.
  2. "Redmond Channel Partner: Microsoft Shuttering Windows Mobile Marketplace in May, 9 March 2012". March 13, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 10, 2012.
  3. Nicholas Kolakowski. "Microsoft Explains Windows Phone Lack of Compatibility". eWeek. March 15, 2010.
  4. "Windows Phone: A New Kind of Phone (36:47 min. in)". Microsoft. iyun 13, 2010. dekabr 27, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: sentyabr 9, 2010.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search