York hersoqu

York hersoqu (ing. Duke of York) — Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. XV əsrdən etibarən bu ünvan ənənəvi olaraq, İngiltərə (daha sonra Britaniya) monarxlarının ikinci oğul övladına verilir. Bu ünvan Şotlandiya krallığının monarxial strukturundakı Albani hersoqu ünvanı ilə ekvivalentlik təşkil edir. İngiltərəŞotlandiya krallıqlarının 1707-ci ildə birləşməsinin ardından bu 2 ünvan bir müddət birlikdə verilsə də, York və Albani hersoqu ünvanı yalnız 3 dəfə yaradıldı.

Ünvan İngiltərə tarixində ümumilikdə 8 dəfə yaradıldı. Hal-hazırda ünvanın sahibi Birləşmiş Krallığın kraliçası II Elizabetin ikinci oğlu Şahzadə Endryudur. Ancaq hersoqun hal-hazırda yalnız 2 qız övladı var və evliliyi 1996-cı ildə xanımından boşanması ilə baş çatmışdır. Bu səbəblə, hersoqun yenidən evlənib oğul övladının dünyaya gəlməməsi halında, York hersoqu ünvanı onun vəfatının ardından yenidən ləğv ediləcək.

İlk verildiyi Edmond Lanqli istisna olmaqla, York hersoqu olan şəxslər ya taxta çıxaraq bu ünvanı səltənətlə birləşdirmiş, ya da oğul varisi olmadan vəfat etmişdir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search