Abajur

Abajur (fr. abat-jour sözün əsl mənasında "işıqlandırma tənzimləyicisi") — lampanın ayrılmaz hissəsi, daxili dizaynda, daxili dekorasiyada istifadə olunur. Abajur gözü parlaq işıqdan qorumaq və işığın yayılma istiqamətini dəyişmək üçün işıq mənbəyinə taxılan xüsusi formalı qalpaqdır. Abajur həmçinin çırağın bəzək elementidir. Şüşə, plastik kütlə, metal, parça və s.-dən müxtəlif formalarda hazırlanır.[1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. 608 səh. ISBN 978-9952-441-02-4.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search