An-2

An-2
Tipi Sərnişin təyyarəsi
Hazırlayan Antonov (şirkət)
Baş konstruktor Oleq Antonov, Antonov (şirkət)
İlk uçuş 31 avqust 1947[1]
İstismara verilmə tarixi 1947
İstismarçılar
Buraxılış sayı təq. 18.000[3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

An-2, Kukruznik — sovet istehsalı olan çoxməqsədli təyyarə. Naqillə möhkəmləndirilmiş qanadlara sahib piston birmühərrikli biplandır. A. D. Şvetsov tərəfindən inkişaf etdirilmiş AŞ-62İR mühərriki ilə təchiz olunmuşdur. An-2 kənd təsərrüfatı, idman, nəqliyyat, təlim, sərnişin təyyarəsi kimi istifadə edilir və bir çox ölkələrin hava qüvvələrinin silahlanmasında yer alır. Bir çox An-2 təyyarəsi 40 ildən çoxdur uçur və onlardan bəzilərinin uçuş müddəti 20 min saata çatır. An-2 universal yüngül təyyarədir.

Qrunt uçuş zolaqlarına qalxma və enmə, kiçik yüklərin daşınması, kənd təsərrüfatında görülən işlər, Şimal ərazilərin kəşfi və tədqiqatı, Sibir və Uzaq Şərq ərazilərinə sərnişin və yüklərin çatdırılması kimi işlər An-2 sayəsində mümkün olmuşdur. An-2 SSRİ-də, Polşada istehsal edilirdi və Çində hələ də istehsalı davam edir. Ümumilikdə, 18 mindən artıq An-2 istehsal edilib və dünyanın 26 ölkəsinə ixrac edilib. An-3 təyyarəsinin peyda olmasına kimi dünyanın ən böyük birmühərrikli biplan təyyarəsi idi. Dünyada 70 ildən artıq müddətdə istehsal olunan yeganə təyyarə kimi Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. 2018-ci ildə ilk dəfə Çin bu təyyarələri pilotsuz yük təyyarələrinə çevirmişdi. Bu təyyarələrin təyinatını sifarişçinin istəyi ilə dəyişmək çox asandır və nəticədə onları hətta hərbi təyinatlı drona da çevirmək mümkün olub. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan dəfələrlə bu təyyarələrin pilotsuz versiyasını ermənilərin zenit-raket komplekslərinin yerini aşkarlamaq üçün istifadə edib.[4]

  1. Gunston B. The Osprey Encyclopedia of Russian Aircraft 1875-1995. Osprey Publishing, 1995. S. 20.
  2. Chant C. The World's Air Forces. Chartwell Books, 1979. S. 11. ISBN 978-0-89009-269-9
  3. https://web.archive.org/web/20120923145349/http://ria.ru/infografika/20110831/427668887.html.
  4. Azərbaycan ordusunun dünyanı heyrətləndirən “kukruznik” taktikası

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search