Antisovetizm

"Məsih dirildi!". 1932-ci il ağ mühacir jurnalı "Sentinel"in üz qabığı

Antisovetizm — 1920-ci illərdən başlayaraq sovet hakimiyyətinə, sovet həyat tərzinə və ya bütün mənalarda Sovet İttifaqına qarşı yönəlmiş baxışlar sistemi.

SSRİ dövrünün lüğət tərifinə görə, antisovetizm "imperialist ölkələrinin marksizm-leninizmə qarşı yönəlmiş siyasəti və təbliğat fəaliyyəti, Sovet dövlətinin fəaliyyətidir".[1]

SSRİ-də antisovet təşviqatıtəbliğatı sovet hakimiyyəti tərəfindən cinayət cəzası şəklində təqib edilmmişdir. Yaxından əlaqəli olan antikommunizm termini əsasən xarici ideoloji rəqiblərə şamil edilirdi.[2] Hal-hazırda antisovetizm antikommunizm kimi bir çox dövlətlərin, o cümlədən postsovet ölkələrinin milli ideologiyasının tərkib hissəsidir.[3]

  1. "антисоветизм - Толковый словарь Ожегова". ozhegova-slovar.ru. 2020-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-23.
  2. Громов А., Быков П. От постсоветского к антисоветскому (№ Спец. вып.. С.6-9). ЗАО группа Эксперт. 2006. ISBN 1812-1896.
  3. Сулаберидзе Юрий. Грузия в политике России // Центральная Азия и Кавказ (5 (53)). 2007. ISSN 1403-7068. 2020-02-23 tarixində arxivləşdirilib.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search