Apokaliptisizm və ya qiyamətçilik — insanın öz həyatı boyu dünyanın sonunun yaxında olması haqqında olan inamdır.[1] Bu inam əsasən hər hansısa bir fəlakətli qlobal hadisəyə görə sivilizasiyanın tezliklə təlatümlü bir formada başa çatması fikri ilə müşayiət olunur.[1]
Bu baxışların və hərəkatların dini versiyaları bir çox zaman Allahın tarixə qəfil, dramatik və fəlakətli bir formada müdaxiləsi haqqında şifrələnmiş vəhylərə diqqət yetirir: bəşəriyyətin mühakimə edilməsi, sadiq seçilmişlərin xilası və seçilmişlərin yenilənmiş göydə və yerdə Allahla bərabər olan son hakimiyyəti.[2] Əvvəlcə Zərdüştçülükdə meydana çıxmış apokaliptisizm İudaizm, xristian və müsəlman esxatoloji doktrinalarında daha dolğun bir formada təkmilləşdirilmişdir.[1][3][4][5][6]
Apokaliptisizm müntəzəm olaraq ezoterik biliklərin tarixin gedişatını dəyişdirmək üçün müəyyən olunmuş xeyir və şər qüvvələri arasında baş verməli olan böyük bir qarşıdurmada ortaya çıxacağı inamı ilə birləşdirilir.[7] Apokalipsis onları təbliğ edən müəyyən din və ya inanc sistemindən asılı olaraq yaxşı, pis, qeyri-müəyyən və ya neytral olaraq qiymətləndirilə bilər.[8][9] Lakin bu, sadəcə olaraq dini bir fikir deyildir və müasir elm, texnologiya, siyasi diskurs və konspirasiya nəzəriyyələrinə əsaslanaraq hazırlanmış başa çatma dövrləri və ya keçid ssenariləri mövcuddur.[6]
↑"ApocalypticismArxivləşdirilib 2021-10-28 at the Wayback Machine." In James Crossley and Alastair Lockhart (eds.) Critical Dictionary of Apocalyptic and Millenarian Movements. 2021
↑ 12"The Apocalypse and Political Discourse in an Age of COVID". Journal for the Study of the New Testament. SAGE Publications. 44 (1): 93–111. sentyabr 2021. doi:10.1177/0142064X211025464. ISSN1745-5294.
↑Paul O. Ingram, Frederick John Streng. Buddhist-Christian Dialogue: Mutual Renewal and Transformation. University of Hawaii Press, 1986. ss. 148–149.