Hindistandan Madhya-Pradeşin XII əsrə aid qumdaşı Apsara heykəli.
Apsaralar[1][2] (sanskr.अप्सरस्, paliअच्छरा[3][4] — Hind və Buddist mədəniyyətində səmavi varlıqlar sinfinə aid olan üzvlərdən biri. Onlar əvvəlcə buludların və suların ruhu kimi təsvir olunurdular, lakin sonralar "nimfa" və ya "pəri" rolunu oynamağa başladılar. Onlar Cənubi Asiya və Cənub-Şərqi Asiya mədəniyyətlərinin heykəltəraşlıq, rəqs, ədəbiyyat və rəsm əsərlərində mühüm yer tutur.[5][6][7][8]
Apsaralar gözəl, gənc və zərif varlıqlar kimi təsvir olunur və istədikləri vaxt formada dəyişiklik edə bilirlər, eyni zamanda hər kəsi öz gözəllikləri ilə valeh edə bilərlər. Onlar iki növə ayrılır: laukika (dünyəvi) və daivika (ilahi). Apsaralar rəqs sənətində böyük məharətə malikdirlər və tez-tez İndranın saray musiqiçiləri olan qandharvaların yoldaşları kimi göstərilirlər. Apsaralar tanrıların saraylarında yaşayır və qandharvaların ifa etdiyi musiqi sədaları altında rəqs edərək onları əyləndirirlər.[9][10]
İndranın sarayında olan 26 apsara incəsənətin müxtəlif sahələrini simvolizə edir və bu baxımdan onlar Qədim Yunanıstanın Musalarına bənzədilirlər. Bundan əlavə, onlar tez-tez rişiləri (müdrikləri) ilahi güc əldə etmələrinə mane olmaq üçün cazibələri ilə yoldan çıxarmaqla da məşhur olmuşlar. Urvaşi, Menaka, Rambha, Tilottama və Qritaçi ən məşhur apsaralar arasındadır.[11]
Yaponiyada apsaralar "Tennin" (天人) kimi tanınır; qadın apsaralara "Tennyo" (天女), kişi apsaralara isə "Tennan" (天男) deyilir.
↑Suryakant Tripathi Nirala. (2024). अप्सरा [Apsara (In English)]. New Delhi, India: Vani Prakashan. 172 pp. ISBN978-935-7-75687-7
↑Yashpal. (2009). अप्सरा का शाप [Apsara ka shrap (Curse of Nymph) (in English)]. (Reprint of 1931). New Delhi, India: Rajkamal Prakashan. 171 pp. ISBN978-818-0-31382-0.
↑American Oriental Society. (1849). "Memoir on The History of Buddhism, read before the Society May 24, 1844, by Edward E. Salisbury, Professor in Yale College", in JOURNAL OF THE AMERICAN ORIENTAL SOCIETY VOL. I. Boston, MA: The American Oriental Society. p. 116.
↑Stevenson, A. et al. (2010). "apsara", in Oxford Dictionary of English. (3rd Ed.). Oxford, United Kingdom: Oxford University Press. 2,069 pp. ISBN978-019-9-57112-3 cited in Bowker, J. (2000). The Concise Oxford Dictionary of World Religions. Oxford, United Kingdom: Oxford University Press. p. 78.
↑Higham, C.. (2014). Encyclopedia of Ancient Asian Civilizations. N.Y., United States: Facts On File, Inc. p. 24. ISBN978-143-8-10996-1
↑Thakur P., Kalidasa, and Arthur W. Ryder. (2012). "GLOSSARAY: Apsara", in ABHIJNANSAKUNTALAM (The Recognition of Sakuntala--A Well-known Sanskrit Play by KALIDASA, The Greatest Poet and Dramatist in the Sanskrit Language.) (Improvised Edition): Originally Translated by Arthur W. Ryder. N.C., United States: Lulu Press, Inc. 202 pp. ISBN978-110-5-42805-0
↑Madhumita Dutta and Soumya Narayan Datta. (2021). "The Mythology of the Apsara Urvasie and its modern interpretation by Arundhuti Bhadra", in URVASIE From Mythological To Postmodern Reflections. West Bengal, India: Cognition Publications. p. 52. ISBN978-939-2-205019
↑Kumar, Ajit et al. (2020). Apsara Sadhana (Evocation Magic of Ancient Hindu Celestial Beauties): Ramba, Urvasi, Tilotama, Sasi Devi, Kanchanamala, Kulaharini, Ratnamala, Bhusani and Many More Information Regarding Attraction. N.p.: Amazon Digital Services LLC - KDP. 44 pp. ISBN979-865-8-82171-9
↑K. Narayanaswami Aiyar. (1915). THE PERMANENT HISTORY OF BHARATA VARSHA (India) Vol. I. Tamil Nadu, India: Bhaskara Press. p. 420.
↑Stewart, P. and Rienjang, W. (2020). The Global Connections of Gandharan Art Proceedings of the Third International Workshop of the Gandhara Connections Project, University of Oxford, 18-19th March, 2019. Oxford, United Kingdom: Archaeopress Publishing Limited. p. 240. ISBN978-178-9-69696-7