Arxont

Arxont (q.yun. ἄρχων — başçı, rəis, hökmdar; başlanğıc, hakimiyyət mənalarını verən ἄρχη sözündən əmələ gəlib) — qədim yunan polislərində (şəhər-dövlət) ən yüksək vəzifəli şəxs. Bizans İmperiyasında bu titulu yüksək vəzifəli ağalar daşıyırdılar.

Arxont sözü çox hallarda slavyan sözü "knyaz" ilə eyni məna verirdi[1].

Konstantinopolun fəthindən sonra arxont titulu Konstantinopol patriarxı tərəfindən xüsusi xidmətlərə görə bəzi pravoslav şəxslərə verilirdi[2].

  1. Внутренний строй Киевского княжества в X в. Arxivləşdirilib 2008-03-23 at the Wayback Machine (rusca)
  2. "Словарь иконописца - А". 2018-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-14.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search