Askentizm

Hinduizm dinində askentizm təsirlərini göstərən təsvir. Hindust-askent qadın milli-dini geyimdə.

Askentizm (yun. άσκητής; azərb. təmrin, məşq edən, təcrübə keçən‎) — Dini, yaxud mənəvi məqsədlər naminə ehtiyacların ödənilməsinin könüllü surətdə məhdudlaşdırılması, həzzdən imtina olunması, əziyyətlərə dözümlülük göstərilməsi. Askentizm təcrübəsi müxtəlif mədəniyyətlər də eyni məqamları – özünü qidada məhdudlaşdırmanı (oruc), seksual münasibətlərdən qorunmanı (nikahsızlıq, yaxud selibat), tənhalığa çəkilməyi, susmağı, daha ifrat formalarda isə səfilliyi (sərgərdanlıq, dərvişlik), özünə əzab verməyi və s. ehtiva edir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search