Asketizm (yun. άσκητής; azərb. təmrin, məşq edən, təcrübə keçən) — Dini, yaxud mənəvi məqsədlər naminə ehtiyacların ödənilməsinin könüllü surətdə məhdudlaşdırılması, həzzdən imtina olunması, əziyyətlərə dözümlülük göstərilməsi. Asketizm təcrübəsi müxtəlif mədəniyyətlər də eyni məqamları – özünü qidada məhdudlaşdırmanı (oruc), seksual münasibətlərdən qorunmanı (nikahsızlıq, yaxud selibat), tənhalığa çəkilməyi, susmağı, daha ifrat formalarda isə səfilliyi (sərgərdanlıq, dərvişlik), özünə əzab verməyi və s. ehtiva edir.
© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search