Avicii

Avicii
isv. Tim Bergling
Ümumi məlumatlar
Doğum adı Tim Lidén[3]
Ləqəbləri Avicii, Tim Berg, Tom Hangs, Jovicii, Timberman
Doğum tarixi 8 sentyabr 1989(1989-09-08)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 20 aprel 2018(2018-04-20)[1][2][…] (28 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, dicey, musiqi prodüseri, müğənni
Fəaliyyət illəri 2006–2018
Janrlar proqressiv haus[d], elektro haus[d]
Musiqi alətləri klavişli alət[d], gitara, piano, sintezator
Albom şirkətləri Universal Music Group[d], Capitol Records[d], Ultra Music, Geffen Records[d], EMI[d], Island Records[d]
İmzanın şəkli
avicii.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avicii (əsl adı: Tim Bergling; 8 sentyabr 1989[1][2][…], Stokholm20 aprel 2018[1][2][…], Maskat) — isveçli dicey, remiksçi və musiqi prodüseri. Tim 16 yaşında olanda elektron musiqi forumlarında öz hazırladığı remikslərini paylaşmağa başlamış və ilk rekord müqaviləsini bu sayədə almışdır. O, 2011-ci ildə buraxdığı “Levels” sinqlı nəticəsində məşhur olub. Onun 2013-cü ildə çıxan ilk albomu “True” müxtəlif janrlarla elektron musiqinin qarışığı idi. Bu albom tənqidçilər tərəfindən müsbət rəylər almışdı. Albomdan olan sinql “Wake Me Up” ABŞ və Birləşmiş Krallıq daxil olmaqla bir çox ölkələrin hit-paradlarında üst sıralarda qərarlaşmışdı.[4][5][6]

Timin ikinci studiya albomu “Stories” 2015-ci ildə işıq üzü görmüşdür. O, 2017-ci ildə dinləyicilərinə “Avīci (01)” adlı mini-albom təqdim etmişdir.[7] Timin məşhur sinqllarına daxil idi: “I Could Be the One” (Niki Romero ilə), “You Make Me”, “X You”, “Hey Brother”, “Addicted to You”, “The Days”, “The Nights”, “Waiting for Love”, “Without You” və “Lonely Together”. Timin 2012-ci ildə David Qetta ilə birlikdə ərsəyə gətirdiyi “Sunshine” mahnısı “Qremmi” mükafatına namizəd göstərilmişdi.[8] O, növbəti il 2013-cü ildə “Levels” sinqlına görə bu mükafata yenidən namizədlik əldə etdi. Bir sıra musiqi jurnalları Tim Berqlinqin 2010-cu illərin əvvəllərində elektron musiqinin radioda daha populyar olmasında əməyi olduğunu bildirib.[9][10]

Tim Berlinq 2016-cı ildə stress və ağırlaşmış psixi sağlamlıq səbəbindən konsert səfərlərinə çıxmağı dayandırmışdı. O, 20 aprel 2018-ci ildə, istirahət üçün getdiyi Omanın Maskat şəhərində öz həyatına son qoyub.[11] Avicii-nin üçüncü və sonuncu albomu olan “Tim” onun ölümündən sonra 2019-cu ildə yayımlanmışdır.

  1. 1 2 3 4 Avicii // Dutch Top 40.
  2. 1 2 3 4 Bibliothèque nationale de France Tom Hangs // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Sveriges befolkning 1990. Ramsele: National Archives of Sweden, 2011. ISBN 978-91-88366-91-7
  4. Avicii – True Arxivləşdirilib 11 iyun 2017 at the Wayback Machine. Australian-charts.com. Retrieved 16 October 2015.
  5. Avicii – True Arxivləşdirilib 21 oktyabr 2020 at the Wayback Machine. danishcharts.dk. Retrieved 16 October 2015.
  6. Avicii – True Arxivləşdirilib 11 avqust 2017 at the Wayback Machine. Swedishcharts.com. Retrieved 16 October 2015.
  7. Rishty, David. "Avicii Breaks Musical Silence With 'Avīci' EP: Listen". Billboard. 10 August 2017. 31 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 April 2023.
  8. Avicii. "Grammy Awards 2012". December 2011. 24 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2013.
  9. Gottlieb, Jed. "Avicii's hits brought electronic dance music to mainstream". Boston Herald. 21 April 2018. 1 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2018.
  10. "Top DJ Avicii dies at 28". The Straits Times. 21 April 2018. 28 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2018.
  11. "Aviciis familj i öppet brev: "Tim var inte gjord för det maskineri han hamnade i"" [Avicii's family in open letter: "Tim was not made for the machinery he ended up in"]. SVT Culture (isveç). Sveriges Television. 26 April 2018. 26 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2021.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search