Avunkulat

Avunkulat (lat. avunculus - dayı) — ana tərəfindən qardaşla (dayı ilə) bacıoğlu arasında hüquq və vəzifələri müəyyən edən adət. Müvafiq əlaqələr cəmiyyətdən asılı olaraq, rəsmi və ya qeyri-rəsmi ola bilər. Patriarxat dövründə bu adət uşaqların ana nəslindən olan qohumlarla əlaqələrini qoruyub saxlayırdı. Bir çox qədim və bəzi müasir xalqlara məlumdur. Avunkulat qədim almanlarda və yunanlarda, hazırda isə Afrika qitəsinin və Okeaniyanın müasir xalqlarında dayı ilə bacıoğlu arasında sıx qohumluq əlaqəsində, habelə dayının öz oğlu ilə müqayisədə bacıoğluna daha böyük qayğı ilə yanaşmasında ifadə olunur.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search