Aysorlar

Aysorlar,[1] asorular, assuriyalılarYaxın Şərqdə xalq. Əsasən İraqSuriya ərazisində yaşayırlar. Dünyada assuriyalıların sayı təqribən 503 min (2010) nəfərdir.[2] Assuriyalılar yaxın etnik qruplarla birlikdə aramiləri əmələ gətirirlər ki, onların da cəmi saylarının 959 min[3] - 3.3 milyon[4] nəfər olduğu ehtimal olunur və asoru dilində danışırlar.

Azərbaycanda yaşayan etnik qruplardan biri də assuriyalılardir. Qədim kökləri İranTürkiyə ərazisində məskunlaşmış assuriyalılarla bağlıdır. Hal-hazırda Azərbaycanın Zaqatala zonasında etnik qrup kimi məskunlaşıblar. Azərbaycanda assiriyalılar kimi tanınırlar.[5]

  1. Ајсорлар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 197.
  2. "Joshua Project – Unreached Peoples of the World : Assyrian". 2013-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-11.
  3. "Joshua Project – Unreached Peoples of the World : Assyrian / Aramaic (by 2010)". 2011-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-11.
  4. "UNPO". 2022-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-20.
  5. "Assiriyalılar". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-12.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search